Sunday, August 31, 2014

Qurani-Kərimdə İslam iqtisadiyyatı (6)

Allah müqəddəs Quranda buyurur:
“Budur, siz (mal-dövlətinizin yalnız qırxda birini) Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Bununla belə içərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. (Bunun zərəri yalnız özünə toxunar). Allah zəngin, siz isə yoxsulsunuz (Allah sizə möhtac deyildir, siz Ona möhtacsınız). Əgər (Ondan) üz döndərsəniz, (sizi yox edib) yerinizə sizlər kimi olmayan (Allaha cani-dildən ibadət və itaət edən) başqa bir qövm gətirər!”
(Muhəmməd: 38)

“İman gətirən bəndələrimə de: “(Vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar, heç bir alış-verişin və dostluğun mümkün olmayacağı (günahların bağışlanması üçün heç kəsdən fidyə alınmayacağı, dostluq xatirinə heç bir güzəşt edilməyəcəyi) gün (qiyamət günü) gəlməzdən əvvəl onlara verdiyimiz ruzidən (kasıblara, ehtiyacı olanlara) gizli və aşkar xərcləsinlər.”
(İbrahim: 31)

“(Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz). Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar).”
 (Əl-Maun: 1–3)


Thursday, August 28, 2014

Islamic economics in Quran (6)

Allah in Holly Quran says:
“Look, you are being called upon to expend in Allah’s Way, yet some of you are being niggardly, whereas the one who is niggardly is, in fact, being niggardly only to himself. Allah is Self-Sufficient: it is you who are the needy. If you turn away, Allah will replace you by another people, and they will not be like you.”
(Muhammad: 38)

“(O Prophet!) Tell those of My servants who believe that they should establish prayer and spend out of what We have provided them with, both secretly and openly, before there arrives the Day when there will be no bargaining, nor any mutual befriending.”
(Ibrahim: 31)

“Have you seen him who belies the rewards and punishments of the Hereafter? He it is, who drives away the orphan and does not urge giving away the food to the poor.”
(Al-Ma’un: 1 – 3)

Wednesday, August 27, 2014

Qurani-Kərimdə İslam iqtisadiyyatı (5)

Allah müqəddəs Quranda buyurur:
“Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir.”
(Əl-Bəqərə: 261).

“(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!”
(Əl-Bəqərə: 273)


Tuesday, August 26, 2014

Islamic economics in Quran (5)

Allah in Holly Quran says:
“…Remember, the example of those who spend in the way of Allah is like that of a grain, which sprouts into seven ears, producing a hundred grains in each ear. Allah (by His mercy) increases manifold (the rewards of such deeds) for whom He wills. And Indeed, Allah is extremely bountiful (in rewarding His servants), fully aware (of your circumstances and deeds)”.
(Al-Baqara: 261).

“Those needy ones who are wholly wrapped up in the cause of Allah, and who are hindered from moving about the earth in search of their livelihood especially deserve help. He who is unaware of their circumstances supposes them to be wealthy because of their dignified bearing, but you will know them by their countenance, although they do not go about begging people with importunity. And whatever wealth you will spend on helping them, Allah will know of it.”
(Al-Baqara: 273)


Monday, August 25, 2014

Qurani-Kərimdə İslam iqtisadiyyatı (4)

Allah müqəddəs Quranda buyurur:
“Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!”
(Əl-Maidə: 8)

Gender və Etnik diskriminasiya: İslamın baxışı
“Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.”
(Əl-Hucurat: 13)
Fərdi qazancla bağlı İslami əmrlər
Rifah xərcləmələri ilə bağlı həvəsləndirmə

Sunday, August 24, 2014

Islamic economics in Quran (4)

Allah in Holly Quran says:
“O believers! Stand-up firmly by the Commandments of Allah, bearing witness with justice and let not the enmity of any people incite you that you should not do justice. Do justice that is nearer to piety and fear Allah, undoubtedly, Allah is aware of your doings.”
(Al-Maida: 8)

Gender & Ethnic Discrimination: Islamic View
‘O people! We created you from one man and one woman and made you divided in branches and tribes so that you may recognize one another. Undoubtedly, the most respected among you in the sight of Allah is he who is more pious, verily, Allah is knowing, Aware.”
(Al-Hujurat: 13)

Directives of Islam to an Earning Individual
Encouragement for Welfare Spending 


Thursday, August 21, 2014

Qurani-Kərimdə İslam iqtisadiyyatı (3)

Allah müqəddəs Quranda buyurur:
 “Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!”
(Əl-Bəqərə: 276).
“Vay halına çəkidə və ölçüdə aldadanların! O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar. Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər. Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!”
(Əl-Mutaffifin:1-4).
“Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!”
 (Əl-Nisa: 135)

Wednesday, August 20, 2014

Islamic economics in Quran (3)

Allah in Holly Quran says:
“Allah will deprive usury of all blessing, but will give increase for deeds of charity”
(Al-Baqara: 276).

“Woe to those that deal in fraud, those who, when they have to receive by measure from men, exact full measure, but, when they have to give by measure or weight to men, give less than due. Do they not think that they will be called to account?”
(Al-Mutaffifin:1-4).

“O believers! Stand firmly for justice, giving witness for Allah, may be therein your own loss, or of your parents or of your relations. Against whom you be a witness, he be a rich or be a poor, in any case Allah has more power than anyone over them, therefore follow not passion lest you may be far away from justice; and if you distort or turn your face, then Allah is aware of your doings.”
(Al-Nisa: 135)

Tuesday, August 19, 2014

Qurani-Kərimdə İslam iqtisadiyyatı (2)

Allah müqəddəs Quranda buyurur:
“Möhkəm əyirdiyi ipliyi sonradan qıran (təzədən açıb sökən) qadın kimi olmayın. Siz bir ümmət digərindən (sayca) çox olduğu üçün aranızdakı andları yalana çevirirsiniz (fitnə-fəsad aləti edirsiniz). (Bu gün bir qəbilə ilə müqavilə bağlayır, sabah daha qüvvətli, daha varlı bir qəbilə ilə rastlaşdıqda əvvəlki ilə bağladığınız müqaviləni pozub onunla sazişə girisiniz). Allah bununla yalnız sizi sınayır. O, qiyamət günü ixtilafda olduğunuz (dini) məsələləri sizə izah edəcəkdir!”
(Nəhl: 92).

“Hər kəs dünya savabını (mükafatını) istərsə, (bilməlidir ki) dünyanın da, axirətin də mükafatları Allahın yanındadır. Allah eşidəndir, görəndir!”
 (Nisa:134).

“İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar! Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti (səyi, əməli) görünəcəkdir!”
 (Nəcm: 39-40).

“Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borclu olan şəxs borcunu söyləyərək (deyə-deyə) yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan (borcdan) bir şey əskiltməsin. Əgər borclu ağılsız və zəifdirsə (qoca və ya uşaqdırsa), yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun (əvəzinə) vəkili ədalətlə deyib (borcu) yazdırsın. Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o birisi onun yadına salsın. Şahidlər (bu işə) dəvət olunduqları zaman boyun qaçırmasınlar. Az və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər (nə müddətə verilmiş olduğunu) yazmağa ərinməyin! Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün haqqa daha yaxındır. Lakin aranızda həmişə dövr edən aşkar (nağd) ticarət zamanı onu yazmamağınız sizin üçün günah deyildir. (Hər halda) alış-veriş etdiyiniz vaxt şahid tutun! Ancaq katibə və şahidə zərər yetirilməsin. Əgər zərər yetirsəniz, əlbəttə, bu sizin üçün pis işdir. Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir. Allah bütün işləri biləndir!”
 (Bəqərə: 282).


Monday, August 18, 2014

Islamic economics in Quran (2)

Allah in Holly Quran says:
“You resort to oaths as instruments of mutual deceit, so that a person might take greater advantage than another; although, Allah puts you to the test through this. Surely, on the Day of Resurrection, He will make clear the truth concerning the matters over which you differed.”
(Al-Nahl: 92).

“Who so desires the reward of the world, then with Allah is the reward both of the world and of the Hereafter. And Allah is Hearing, Seeing.”
(Al-Nisa:134).

“And that the man will not get but what he endeavors. And that his endeavor shall soon be seen.”
(An-Najm: 39-40).

“O Believers! Whenever you lend money for a particular period, write and someone among you must write it justly. And the one who can write must not refuse.”
(Al-Baqara: 282).


Sunday, August 17, 2014

Qurani-Kərimdə İslam iqtisadiyyatı (1)

Allah müqəddəs Quranda buyurur:
“Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!”
(Əl-Bəqərə: 188)

 “Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir! ”
(Əl-Nisa: 29)

“Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!”
(Əl-Bəni-İsrail: 35).

 “Ey iman gətirənlər! (Yəhudi) alimlərindən və (xaçpərəst) rahiblərindən çoxu insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolundan döndərirlər. (Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!”
(Əl-Tövbə: 34).

Mənbə: İslam İqtisadiyyatı Layihəsi

Friday, August 15, 2014

Islamic economics in Quran (1)

Allah in Holly Quran says:
Do not devour one another’s property wrongfully, nor throw it before the judges in order to devour a portion of other’s property sinfully and knowingly.
(Al-Baqarah: 188)

Do not devour another’s property wrongfully – unless it be by trade based on mutual consent.
(Al-Nisa: 29)

“And measure full when you measure. And weigh with an even balance. This is better and its end is good.”
(Al-Bani-Israel: 35).

“They who hoard up gold and silver and spend it not in the way of Allah, unto them give tidings (O Muhammad) of a painful doom.”
(Al-Tauba: 34).