Allah müqəddəs Quranda buyurur:
“Allah sələmi (sələmlə qazanılan malın
bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə
artırar. Allah kafiri, günahkarı sevməz!”
(Əl-Bəqərə: 276).
“Vay halına
çəkidə və ölçüdə aldadanların! O kəslər ki, özlərini insanlardan (bir şey)
aldıqları zaman onu tam ölçüb alar. Onlar üçün ölçdükdə və ya çəkdikdə isə
(onu) əskildərlər. Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!”
(Əl-Mutaffifin:1-4).
“Ey iman
gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın
əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə
şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah
onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz
çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud
ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən
xəbərdardır!”
(Əl-Nisa: 135)
No comments:
Post a Comment