Əfv
Müqəddəs
Quran buyurur:
“O kəslər
üçün ki, böyük günahlardan rəzil işlərdən (zinadan) çəkinər, (birinə)
qəzəbləndikləri zaman (onun günahını) bağışlayarlar.”
(Müqəddəs Quran: 42:37)
“Hər
hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs
(pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir.
…Əlbəttə, hər kəs (pisliyə) səbr edib (qisası) bağışlasa, (onun bu hərəkəti
şəriətcə) çox bəyənilən əməllərdəndir!”
(Müqəddəs Quran: 42:40, 43)
Müqəddəs
Peyğəmbər Mühəmməd (s.ə.a.s.) Məkkədə düşmənlərə məğlub olandan, sonra isə
həmin şəhərə fateh kimi dönəndən sonra onları bu sözlərlə əfv etdi:
“Bu gün
sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki
O, rəhm edənlərin ən rəhmlisidir!”
(Müqəddəs Quran: 12:92)
Mənbə: www.muslim.org
No comments:
Post a Comment