Tuesday, September 29, 2015

İslamda iqtisadi sistem (6)

Ardı
Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa və s. kimi ölkələr Demokratik Kapitalizm sisteminə malikdirlər.
Qeyd etmək lazımdır ki, sözügedən sistemin bəlası ondan ibarətdir ki, özünün çoxlu:
§  dəyərlərindən;
§  ideallarından;
§  və qanunlarından
geri çəkilməyə məhkum olmuşdur.
Burada milli sağlamlıq sistemi, ödənişsiz təhsil və s. kimi sosialist xarakterli tədbirlərdən məhrumiyyətin acısını duymaq heç də heyrətləndirici deyildir.
Nə vaxtsa Fransa və İngiltərənin sosial ölkəyə çevrilmək tələbləri ilə rastlaşmaq təccüblü olmayacaq!
Bu ölkələrdəki demokratik dəyərlər sosial ədalətə nail olunmasına və bütövlükdə cəmiyyətin mövqeyinin əks olunmasına çağırır.
Burada bütün insanların cəmiyyətdə həqiqi təmsilçiliyi və hansısa sektor qurban verilmədən maraqlarının qorunması məslələrində uğursuzluqlar mövcuddur.

Əbdül Hüseyn Məhəmmədin tədqiqat işindən istifadə olunmuşdur

No comments:

Post a Comment