Monday, July 18, 2016

İslam iqtisadi sistemi: prinsiplərdən mikroqitisadi və makroiqtisadi sahələrə baxış (55)

Ardı
(i) Monetar İqtisadiyyat
Bəzi qədim Müsəlman mütəfəkkirlər:
o   pul;
o   və monetar iqtisadiyyat
məsələlərinə müraciət etmişlər.
Məsələn, İbn Miskavaihin mübadilə ilə bağlı yazılarında pulun mübadilə vasitəsi funksiyasından bəhs olunur.
O, həmçinin qızıl standartı barədə qeyd edir.
Daha sonra Əl-Qəzalidə pul və onun funksiyaları barədə fikirlərə rast gəlinir.
O, pulun iki vacib funksiyasını təhlil etmişdir:
Bunlar:
ü mübadilə vasitəsi;
ü və dəyər standartı
funksiyalarıdır.
Onun mühüm müşahidələrinə görə, insanlar pulu pul məqsədilə yığdıqda pulun bu funksiyaları pozulmuş olur.

Əbdül Qafar İsmailin və Norazia Çi Ərşadın tədqiqat işindən

No comments:

Post a Comment