Tuesday, October 18, 2016

İslam iqtisadi sistemi: prinsiplərdən mikroqitisadi və makroiqtisadi sahələrə baxış (77)

Ardı
İslam bank təsisatları son üç onillikdə əhəmiyyətli dərəcədə inkişaf etmişdir.
Bu bank sistemində yuxarıda qeyd olunan bütün müqavilə növlərinin qəbul olunması (əməliyyatların aparılması) icazəli hesab olunur.
Bu baxımdan İslam bank sistemini universal bank institutları təsnifatına aid etmək məntiqlidir.
Özünəməxsus İslami maliyyə məhsulları üçün fondların yaradılması bu müqavilələrin ən mühüm aspektlərini təşkil edir.
Burada mənfəət-zərər bölgüsü xüsusiyyəti kooperativ ruhu ehtiva edir.
Bu, maliyyə sabitliyi məsələləri ilə əlaqələndirmə baxımından mühümdür.
Digər tərəfədən, maliyyə sabitliyi iqtisadi artımın əldə olunması üçün ilkin şərtlərdən biridir.
Yazı müəllifləri inanır ki, kooperativ rühdan yanaşdıqda maliyyə sistemində mülkiyyət tərəfdaşlığı alətlərinin inkişafı vasitəsilə iqtisadiyyatda daha çox əlavə dəyər yaratmaq mümkün olacaqdır.
Beləliklə, bu halda yüksək iqtisadi artımla yanaşı, eyni zamanda, resursların daha ədalətli bölgüsünə nail olunacaqdır.

Əbdül Qafar İsmailin və Norazia Çi Ərşadın tədqiqat işindən

No comments:

Post a Comment