Thursday, January 5, 2017

Avropada İslam maliyyəsi (19)

Ardı
Müəllif yazır ki:
§  İslam maliyyə sistemi;
§  və bunun əsas iştirakçılar tərəfindən qavranılması yolu 
1970-ci illərdən bəri əsaslı şəkildə dəyişmişdir.
Bu zamanda:
o   məhsulların və iştirakçıların şaxələnməsi;
o   və sərhəd ölçülərinin genişlənməsi
baş vermişdir.
Bundan sonra İslam maliyyəsi “dünyavi” qlobal maliyyə sistminin qarşı qütbündə dayanmamış, əksinə, onun ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Bu gün İslam maliyyə sistemi Müsəlman cəmiyyətini dini baxımdan qəbul olunan müxtəlif maliyyə xidmətləri ilə təmin etməkdədir.
Həmçinin, o:
§  əxlaqi sərmayələr;
§  və böyük risk diversifikasiyası
axtaran qeyri-müsəlman müştəriləri alternativ maliyyə xidmətləri ilə təmin edir.
Avropa Mərkəzi Bankının tədqiqat işindən

(Müəlliflər: F.Mauro, P.Caristi, S.Couderc, A.D.Maria, L.Ho, B.K.Grewal, S.Masciantonio, S. Ongena and S.Zaher)

No comments:

Post a Comment