Tuesday, June 20, 2017

Avropada İslam maliyyəsi (70)

Ardı
Sığortaçılar Avropada ən iri institusional investorlar arasındadırlar.
Avropa sığortaçıları təqribən 1.1 trilyon avro həcmində mükafat gəliri toplayırlar.
Bu, qlobal sığorta bazarının üçdə birindən çoxunu ehtiva edir.
İşçilərinin sayı bir milyona yaxındır.
İqtisadiyyatda bu investisiyaların həcmi 7.7 trilyon avro civarındadır.
Dərinliyi baxımından, Avropa sığorta industriyası İslam sığortası əməliyyatlarının başlanğıcı üçün:
-      təsis olunmuş
-      və tam təchiz olunmuş
vəziyyətdədir.
Bundan əlavə, Avropa bazarı “birgə və kooperativ sığorta” kansepsiyası ilə tanışdır.
Bunun İslam sığortası ilə çoxlu oxşarlıqları vardır.
Faktiki olaraq, Avropadakı bütün sığortaçıların üçdə ikisindən çoxu birgə və kooperativ sığorta sektoruna məxsusdur.
Avropa Mərkəzi Bankının tədqiqat işindən

(Müəlliflər: F.Mauro, P.Caristi, S.Couderc, A.D.Maria, L.Ho, B.K.Grewal, S.Masciantonio, S. Ongena and S.Zaher)

No comments:

Post a Comment