Thursday, August 10, 2017

Avropada İslam maliyyəsi (81)

Ardı
2009-cu ildə Almaniyanın Federal Maliyyə Nəzarət Orqanı (BaFin) maliyyə institutunun müraciətini qəbul etdi.
Qəbul olunmuş bu müraciətə əsasən ölkədə İslam maliyyəsi prinsiplərinə uyğun bank əməliyyatlarının yerinə yetirilməsi təsbit olundu.  
Halbuki, tam bank lisenziyası olmadan bu təkliflərin icrasında məhdudiyyətlər mövcud idi.
2012-ci ilin may ayında İslam maliyyəsi mövzusunda növbəti konfrans BaFin tərəfindən təşkil olundu.
Bu konfransda:
-      İslam fondları;
-      sukuk;
-      və aktiv əsaslı istiqrazlar
kimi Şəriətə uyğun kapital bazarı məhsullarına  xüsusi diqqət verildi.

Avropa Mərkəzi Bankının tədqiqat işindən

(Müəlliflər: F.Mauro, P.Caristi, S.Couderc, A.D.Maria, L.Ho, B.K.Grewal, S.Masciantonio, S. Ongena and S.Zaher)

No comments:

Post a Comment