Tuesday, October 3, 2017

Avropada İslam maliyyəsi (96)

Ardı
İslam maliyyəsi fəaliyyəti Birləşmiş Krallıqda 1980-cı illərdən başlanmışdır.
O vaxt London Metal Mübadiləsi təşkilatı tərəfindən Şəriət yönümlü overnayt depozit alətləri təqdim edildi.
Bu, murabahah prinsipinə əsaslanırdı.
2005-ci ildə Müqəddəs Bina Sukukunun əsası qoyuldu.
Bu, Birləşmiş Krallıqda, eləcə də Avropada ilk korporativ sukuk oldu.
Eyni struktur əsasında ikinci korporativ sukuk 2010-cu ildə Beynəlxalq İnnovativ Texnologiyalar MMC tərəfindən emissiya olundu.
Britaniya hökuməti tərəfindən alternativ maliyyə investisiya istiqrazları, yaxud sukuk üçün qanunvericilik çərçivəsi üzrə məsləhətləşmələr aparıldı.
O, ənənəvi borc alətləri ilə oxşar iqtisadi xüsusiyyətlərə malik şəkildə strukturlaşdırılmışdır.
Məsləhətləşmələrə uyğun olaraq, hökumət tərəfindən korporativ sukukun tənzimləmə üsullarını təsbit edən meyarlar təqdim olunmuşdur.  
Bu, həmin növ investisiyanın leqal xərclərini azaltmış və emissiyası ilə bağlı maneələri aradan qaldırmışdır.
Avropa Mərkəzi Bankının tədqiqat işindən

(Müəlliflər: F.Mauro, P.Caristi, S.Couderc, A.D.Maria, L.Ho, B.K.Grewal, S.Masciantonio, S. Ongena and S.Zaher)

No comments:

Post a Comment