Thursday, November 2, 2017

Avropada İslam maliyyəsi (107)

Ardı
Sahiblənmiş digər daşınmaz əmlaklar (OREO) əsasən beş il ərzində satılmalı olan müsadirə olunmuş əmlaklardır.
Beləliklə də, əksər İslam institutları:
-      lizinq şirkətləri
-      və ya ipoteka brokerləri
formasında fəaliyyət göstərməyə üstünlük verirlər.
Bu, məhduduyyətlərin nisbətən daha az olmasına imkan verir.
Bütövlükdə, ABŞ-ın İslam maliyyəsi industriyası Şimali Amerikanın ümumi maliyyə sektorunun ixtisaslaşmış seqmentini təşkil edir.  
3. İSLAMİ VƏ ƏNƏNƏVİ MALİYYƏNİN MÜQAYİSƏSİ
(BALJEET KAUR GREWAL)
İslam maliyyəsi üzrə xidmətlər göstərən institutların təklif etdikləri maliyyə alətlərinin bu xarakterik xüsusiyyətləri maraqlı tərəflərin maliyyə nəticələrinə müxtəlif cür təsir göstərir.
Mahiyyət etibarilə İslam maliyyəsi məhsulları müxtəlif kombinasiyalarda istifadə olunan xüsusi prinsiplərə əsaslanır.
Avropa Mərkəzi Bankının tədqiqat işindən

(Müəlliflər: F.Mauro, P.Caristi, S.Couderc, A.D.Maria, L.Ho, B.K.Grewal, S.Masciantonio, S. Ongena and S.Zaher)

No comments:

Post a Comment