Thursday, December 21, 2017

Avropada İslam maliyyəsi (124)

Ardı
Buna baxmayaraq, İslam maliyyəsi xidmətləri göstərən institutlar tərəfindən emissiya olunan maliyyə alətləri həmin institutların əlavə kapitalını formalaşdırır.
Bu, Şəriətlə uyğunluğunun təmin edilməsi baxımından zəruri tələbləri qarşılamalıdır.
Bu, İslam Maliyyəsi Xidmətləri Şurasının 15-ci layihə sənədində qeyd olunmuşdur.
İslam Maliyyəsi Xidmətləri Şurası İslam maliyyəsi xidmətləri sahəsinin sağlamlığını və sabitliyini təşviq və təmin edən beynəlxalq standart təşkilatıdır.
Bu, sözügedən industriya üçün qlobal prudensial standartları və rəhbər prinsipləri qəbul edir.
İslam Maliyyəsi Xidmətləri Şurasının layihə sənədi İslami kapital bazarı məhsulları üçün açıqlama tələblərinə dair nəşr olunan standartları və rəhbər prinsiplərini ehtiva edir.
Bu alətlərlə bağlı risklər ənənəvi alətlərlə müqayisədə fərqli qiymətləndirilə bilər.
Avropa Mərkəzi Bankının tədqiqat işindən

(Müəlliflər: F.Mauro, P.Caristi, S.Couderc, A.D.Maria, L.Ho, B.K.Grewal, S.Masciantonio, S. Ongena and S.Zaher)

No comments:

Post a Comment