Wednesday, January 31, 2018

Avropada İslam maliyyəsi (137)

Ardı
Sözügedən iki sərmayə yanaşması arasında minimum fərqlilik mövcuddir.
Bəzi elementlər sosial məsuliyyətli investisiyadan fərqli olaraq Şəriət tərəfindən qadağan olunmuşdur.
Belə ki, faiz əsaslı maliyyə:
-      alətləri
-      və institutları
Şəriət tərəfindən qadağan olunsa da sosial məsuliyyətli investisiyalar baxımından məqbul hesab olunur.
Buna baxmayaraq, hər ikisinin yekun məqsədi çox oxşardır – bəşəriyyət üçün faydalı olan fəaliyyətlərə sərmayə qoymaq və ya maliyyələşdirmək.
3.4 İSLAM MALİYYƏSİNİN DİGƏR MÜSBƏT ASPEKTLƏRİ
İslam maliyyəsi əsasən:
-      real iqtisadiyyatla əlaqəli maliyyə əməliyyatlarını təşviq edir
-      həmçinin, cəmiyyət üçün zərərli olan fəaliyyətləri maliyyələşdirməkdən imtina edir.
Avropa Mərkəzi Bankının tədqiqat işindən
(Müəlliflər: F.Mauro, P.Caristi, S.Couderc, A.D.Maria, L.Ho, B.K.Grewal, S.Masciantonio, S. Ongena and S.Zaher)

No comments:

Post a Comment