Sunday, April 8, 2018

Avropada İslam maliyyəsi (156)


Ardı
Bundan əlavə, İslam pəncərəsi ilə müqayisədə Maliyyə Xidmətləri Göstərən İslam İnstitutlarının təsis edilməsi üçün əhəmiyyətli dərəcədə daha çox kapital tələb olunur.
Bununla belə, İslam pəncərəsi fəaliyyətləri genişləndikcə əsas şirkət İslam prinsipləri üzrə törəmə şirkət açmaq və sonradan onu ayırmaq barədə düşünə bilər.
Ayrıca leqal təsisat olaraq ayrılmaq özünün:
-      aktivləri
-      və öhdəlikləri
baxımından faydalı ola bilər.
Bu, həmçinin pəncərə əməliyyatları üzrə mümkün olmayan:
-      İslami sərvətin idarə olunması
-      Şəriət yönümlü investisiyalar
-      sukuk sığortasının anderraytinqi
kimi geniş çeşiddə ixtisaslaşmış İslam maliyyəsi məhsulları və xidmətlərinin:
-      təklifi
-      və idarə edilməsi
ilə bağlı potensialını reallaşdıra bilər.
Avropa Mərkəzi Bankının tədqiqat işindən
(Müəlliflər: F.Mauro, P.Caristi, S.Couderc, A.D.Maria, L.Ho, B.K.Grewal, S.Masciantonio, S. Ongena and S.Zaher)

No comments:

Post a Comment