Elmi Diskussiya Klubu │ Scientific Discussion Club
Monday, June 18, 2018
A11.1
Bəşəri elm metodoloji baxımdan özünün açdığı həqiqətləri və ya özünün sübutlarını yalnız və yalnız özünün əvvəllər aça bildiyi həqiqətlər və ya sübutları üzərində iddia edə bilir. Bu mənada bəşəri elmin mənbəyi özünün hissələridir, yəni özüdür. Yəni, bəşəri elm yalnız öz bişirdiyi kərpiclərlə özünə bina tikə bilir. Lakin, bu teoremlər ilkin mənbəyində mütləq hansısa bir aksiomatikaya möhtacdır. Deməli, bəşəri elm nə qədər etibarlı olsa da ilk söykəndiyi nöqtəaksiomatikadır, hansı ki heç cür nə onun tam mahiyyətini bilir, nə də tam izah edə bilir, sadəcə qəbul etmək məcburiyyətində qalır (məsələn, “nöqtə”nin aksiomatikası kimi). Deməli, bəşəri elm özü bunu etiraf etməsə də İlahi elməsöykənir, ona möhtacdır. Bu isə onu göstərir ki, guya, bəşəri elmdən yapışıb İlahi elmi inkar edən və ya ən yaxşı halda ona şübhə edən “elm adamları” özü özlərini inkar etməkdən başqa heç nə etmirlər.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment