Friday, July 20, 2018

A22.1

Davranışların səbəbi istəklərdir. İstəklər isə dərin və səthi qatlara malikdir. Eyni bir davranışın kökündə dayanan təməl, dərin istəklə onun üzərində bərqərar olan səthi istəklər mahiyət etibarilə bir-birlərindən fərqli ola bilirlər. İnsan özünün davranışını meydaha gətirən təməl, dərin istəklərinin mahiyyətini hər dəfə müəyyən edə bilmir. Bu baxımdan, davranışının əsl səbəbinə diqqət etmədən, səthi, aldadıcı istəkləri əsas götürərək çox zaman səhvlərə yol verir, özü üçün çətinliklər yaradır. Bu, əslində insanın özünü tanımamağının göstəricisi və nəticəsidir.

No comments:

Post a Comment