Thursday, August 23, 2018

A28.1

İnsanların biri-birinə lütfü, yardımlaşması yalnız tam təmənnasız olanda əsl mahiyyətini əks etdirə bilir. Belə olmayanda isə zahirən diqqət, hörmət kimi görünən bu işlərin sonradan tezliklə real mahiyyəti üzə çıxır və qarşılıqlı münasibətlərin irəli deyil, əksinə, geri getməsinə, gərginləşməsinə yol açır. Nəticədə belə hasil olur ki, bütövlükdə cəmiyyətdə, o cümlədən fərdlər arasında lütf və yardımlaşma təmənnalı olmaqdansa olmasa yaxşıdır.

No comments:

Post a Comment