Sunday, September 23, 2018

A35.1

İstək, sevgi, meyillər kiçikliyindən və böyüklüyündən asılı olmayaraq hansı varlığa bağlandısa, həmin varlıq və ya nəsnə şəxsiyyətin mühüm bir elementinə, xassəsinə çevrilir. Bu zaman şəxsiyyət həmin maddi və ya mənəvi nəsnənin rənginə boyanır, onun ölçülərinə sığır, onun qəfəsinə düşmüş olur. Beləliklə, ruhun böyüklüyü, gücü və imkanları bənd olduğu, meyil edib ilişdiyi varlığın əhatəsi ilə məhdudlaşmış olur. Fitrətən hüdudsuz olan ruh yalnız və yalnız hüdudsuzluğa, sonsuz bir substansiyaya meyil edib, onunla bütövləşməyə layiqdir.

No comments:

Post a Comment