Thursday, October 25, 2018

A47.1

Bəşəri çoxluğu müxtəlif meyarlara, xüsusiyyətlərə görə qruplaşdıra, təsnifləşdirə bilərik. Faydalılığı etibarilə ən üstün meyar o meyar ola bilər ki, ayrı-ayrılıqda fərdlərin və buna görə də bütöv bəşəriyyətin ən dərin və dayanıqlı səciyyəsini özündə ehtiva etmiş olsun. Bu mənada bəlkə də ən üstün meyar idrakdır, məntiqi baxış bucağıdır. Çünki, idrak şəxsiyyətin mahiyyətini ifadə edən şüurun, zəkanın ən bariz nəticəsidir. Beləliklə, bəşəri qruplar içində ən güclü və dayanıqlısı eyni, yaxud çox yaxın idraka, zəkaya malik camiədir.

No comments:

Post a Comment