Thursday, November 29, 2018

A61.1

Ardı
Fəqət, bu dəfəsində gördüklərinə baxma, görənə bax. Zamanın ləngidiyini görürsən. Sanki, indiyə qədər səndən qaçan zaman indi sənə meyil edir. Sən zamanla birləşirsən. Sonsuz, sərhədsiz bir qucaqda onunla bütövləşməyin ləzzətini duymağa başla. İndi sanki yerini rahatlayıb füsünkar bir təbiət qoynunda ondan doyunca zövq almaqdasan. Bu, yalnız və yalnız bütün qayğılarını bir anlıq unutmaqla başa gəldiyi kimi, zamanın qoynuna düşüb onunla bütövləşmək də batinən cılız, zahirən böyük qayğıları heç bilməklə hasil olacaqdır.

A60.2

Hold on! Firstly, stop yourself. And then stop the time as if it was pursuing you. Take a look at the simplest or even unattractive reasons why you are exist. Look at the breath you take, still enjoy the breath you have taken. Take a deep breath and feel it in your marrows. Then see what you see and see how you see. Look at your eyes, now look with your mind, with your thought. Try to enjoy the taste of watching pleasure, become aware of watching. Start seeing with the eyes who is longing to see and seeing for the first time. (to be continued)

A60.1

Dayan! Hələ bir, özün dayan. Sonra sanki səni təqib edirmiş kimi, zamanı da dayandır. Malik olduqlarına, ən bəsit, hətta diqqət yetirmədiyin varlıq səbəblərinə bir nəzər sal. Aldığın nəfəsə bax, hələ içinə çəkdiyin nəfəsin dadını al. Doyunca bir nəfəs al, iliyinə qədər onu hiss et, verməyə tələsmə. Sonra gördüyünü gör, necə gördüyünü gör. Gözlərinə bax, bu dəfə ağlınla bax, təfəkkürünlə bax. Baxmaq ləzzətini doyunca yaşa, görməyin dadını duy. İlk dəfə görməyə başlayan görməyə həsrət kəsin gözüylə baxmağa başla. (ardı var)

A59.2

Continuation:
This possibility depends on the human mind, human thought. Consequently, when the modern science can not explain those relationships it does not mean the absence of that system. That is, the modern science basically can claim only about existings, but not about nonexistings. This means that the darkness of modern science is the region where the truth is hidden. These dark corridors are probably the way to eternal truth. Hiding the truth in the darkness is not defective, defective is that still the human science can not illuminate that darkness.

A59.1

Ardı:
Bu mümkünlük bəşərin təfəkkürü, ağlı, bəsirəti qədərdir. Nəticədə müasir elm həmin əlaqələr, təsirlər sisteminin hansı bir hissəsini izah edə bilmirsə, bu, onun olamaması demək deyil. Yəni, müasir bəşəri elm əsasən nəyinsə olmasını iddia edə bilir, olmamasını deyil. Bu isə o deməkdir ki, müasir bəşəri elm üçün qaranlıq qalan mətləblər həqiqətlərin gizləndiyi oblastlardır. Yəqin ki, həmin qaranlıq dəhlizlər sonsuz həqiqətə açılan yollardır. Naqis olan mütləq həqiqətin qaranlıqlarda gizlənməsi xüsusiyyəti deyil, hələ ki, ora işıq sala bilməyən bəşəri elmin imkanlarıdır.

Friday, November 23, 2018

A58.2

There is a relationship between events and processes. For example, when parameter A moves from An to Ak, the parameter B moves from Bh to Bf. This occurs due to the elasticity of B to A. In this case, B not only can be elastic to A, which can be elastic to C, to D and etc. On the other hand, the effect of A on B can be different from the effect of B on A. Modern world’s science, is for explaining these kind of relationships as far as possible. (to be continued)

A58.1

Yaradılış aləmində hadisə və proseslər arasında qarşılıqlı əlaqələr mövcuddur. Məsələn A parametri An vəziyyətindən Ak vəziyyətinə hərəkət etdikdə B parametri Bh vəziyyətindən Bf vəziyyətinə hərəkət edərək dəyişir. Bu, B-nin A-ya elastikliyi səbəbindən baş verir. Bu zaman B təkcə A-ya elastik olmaya, yəni C-yə D-yə və s.-yə elastik ola bilər. Digər tərəfdən A-nın B-yə təsiri B-nin A-ya təsirindən fərqli ola bilər. Müasir bəşəriyyətin elm adlandırdığı məvhum bu əlaqələr sistemini mümkün qədər izah etmək üçündür. (ardı var)

A57.2

Continuation:
Hence, the increase in physical abilities has harmonious parallels with the processes of strengthening the soul. In most cases, the human soul can keep up the physical ability of a certain age, but then it slow down, almost stops. However, the human soul with the infinite power can grow up to the levels that even hard to imagine. The acquisition of this power can be accomplished by the spirit's coaching and moral armament. As a result, comfortable and mighty human spirit can domesticate the whole enviroment and dominate it.

A57.1

Ardı:
Beləliklə, cismani qabiliyyətlərin artması ruhun güclənməsi prosesləri ilə ahəngdar paralelliyə malik olur. Əksər hallarda insan ruhu müəyyən yaş dövrünə qədər cismani qabiliyyətləri oyada bilir, lakin ondan sonra bu proses ləngiyir, demək olar ki, dayanır. Halbuki, sonsuz qüdrətə malik insan ruhu hətta təsəvvür edilməsi çətin olan səviyyələrə qədər güclənə, tərəqqi edə bilər. Bu qüdrətin əldə olunması ruhun məşqi, mənəvi dəyərlərlə silahlanması ilə başa gələ bilər. Nəticədə aram və güclü insan ruhu bütün ətraf aləmi ram edə, ona hökmran ola bilər.

A56.2

Generally all behaviors of person, such as actions, speech, and so on are examples of his physical abilities (body's abilities). The only thing that makes possible and directs these physical abilities is his spirit (which can be expressed as mind or thinking). So, the realization of the human body's capacity depends on the power of the soul. Just as the baby's spirit is weak, for example, he has not enough physical ability to speak. As his soul finds strength over time he can cope with this complex bodywork and express his thoughts by voice, tongue, lips. (to be continued)

Friday, November 16, 2018

A56.1

İnsanın ümumilikdə bütün davranışları, məsələn hərəkətlər etməsi, danışması və s. onun cismani qabiliyyətinə, qüdrətinə misaldır. Bu cismani qabiliyyətləri mümkün edən, ona istiqamət verən yeganə varlıq isə ruhdur (bunu ağıl və ya düşüncə kimi də ifadə etmək olar). Deməli, insanın cismani potensialının reallaşması ruhun gücündən asılıdır. Necə ki, məsələn, körpənin ruhu zəif olduğuna görə hələ cismani qabiliyyətini toparlayıb danışa, nitqə sahib ola bilmir. Zamanla ruhu qüdrət tapdıqca, artıq bu mürəkkəb cismani vəzifənin öhdəsindən gəlib danışa, fikirlərini səs telləri, dili, dodaqları ilə ifadə edə bilir. (ardı var)

A55.2

The right word, the right judgment is the truth in itself. However, the theorems in which these facts are based can essentially stand on different axioms. As a result, one idea can be estimated from different positions in different axiomatic chains. There are quite common ideas in the teaching of philosophical, ethical schools which are based on different axioms. Although the axiomatic backers which those views are based are different, they are right and they express the truth. Finding the same idea in different logical constructions further strengthens their accuracy.

A55.1

Doğru söz, düzgün mühakimə özlüyündə həqiqətdir. Lakin, bu həqiqətlərin yer aldığı teoremlər mahiyyətcə fərqli aksiomalara dayana bilər. Nəticədə bir ideya fərqli aksiomatika zəncirlərində fərqli mövqelərdən qiymətləndirilə bilər. Müxtəlif aksiomatikalara dayanan fəlsəfi, əxlaqi məktəblərin təlimlərində kifayət qədər ortaq ideya və fikirlər vardır. Həmin baxışların əsaslandıqları aksiomatik dayaqlar fərqli olsalar da onlar özlüyündə doğru olmaqla həqiqəti ifadə edirlər. Eyni ideyaya fərqli məntiqi konstruksiyalarda rast gəlmək isə onların doğruluğunu daha da gücləndirir.

A54.2

Man's action is to give a new design to material or non-material beings, incidents and processes through his mind, thought. In this sense, the outcome of action is manifestation of human consciousness, its apparent, sensible model. The results of the action can give positive or negative impulses to other things, incidents and processes. However, the quality of these subsequent effects does not determine the quality of consciousness and thought, which is the primary source of action. Thus, regardless of the outcome of the action, the criterion of quality of thought is its logical design and mission.

A54.1

İnsanın əməli onun idrakı, düşüncəsi vasitəsilə maddi və ya qeyri-maddi varlığa, hadisə və prosslərə yeni düzən verməsidir. Bu mənada əməlin nəticəsi insan şüurunun təzahürü, onun görünən, hiss olunan modelidir. Əməlin nəticələri digər şeylərə, hadisə və prosseslərə müsbət və ya mənfi impulslar verə bilər. Lakin, bu növbəti təsirlərin keyfiyyəti əməlin ilkin mənbəyi olan şüur və düşüncənin keyfiyyətini müəyyən etmir. Beləliklə, əməlin nəticələrindən asılı olmayaraq düşüncənin keyfiyyətinin meyarı onun məntiqi konstruksiyası və məramıdır.

Wednesday, November 7, 2018

A53.2

All systems and models, regardless of their scale, principles and power will eventually collapse and death. Because the life-cycle of all creation of this known material world consists of phases of birth, progress, recession, and death. In the end, the material world itself as the largest system. Only eternal is infertility, that absolute truth is above of material being, generally above of everything else.

A53.1

Miqyasından, prinsiplərindən, gücündən asılı olmayaraq bütün sistemlər, modellər sonluq etibarilə süquta, məhvə məhkumdurlar. Çünki bu məlum maddi dünyaya məxsus bütün yaradılışın həyat tsikli doğum, tərəqqi, tənəzzül və ölüm fazalarından ibarətdir. Sonda isə ən böyük sistem kimi maddi dünyanın özü. Əbədi olan yeganə sonsuzluq, maddiyyatın, ümumiyyətlə hər şeyin fövqündə olan mütləq həqiqətdir.

A52.2

Human intelligence can not explain the primitive beginning because it can not comprehend it. This obviously indicates that part of (or perhaps most of) the things that belong to human being are beyond his power, even beyond his mind (cognition).
On the other hand, the fact that everything that is settled on the beginning of the empty space is essentially empty. If we look at the geometric logic, if the point is begining which is consisting empty space, then the ray, the straight line, line segment and other objects which are composed of the set of point, are totally empty.

A52.1

İnsan zəkası ibtidai başlanğıcı, məhz, dərk edə bilmədiyi üçün izah edə bilmir. Bu, bariz şəkildə onu göstərir ki, insana aid şeylərin bir hissəsi (bəlkə də əksər hissəsi) onun qüdrətindən kənar, hətta idrakından kənardır.
Digər tərəfədən isə, hissəsi olmayan, boşluqdan yaranan başlanğıcın üzərində bərqərar olan hər şeyin də mahiyyətcə boş bir şey olması məsələsi aktuallaşmış olur. Həndəsi məntiqlə baxsaq, nöqtə içi boşluqdan ibarət bir ibtidaidirsə, nöqtələr toplusundan ibarət şüa, düz xətt, parça, digər varlıqlar da bütünlüklə boşluqdan ibarətdirlər.

Friday, November 2, 2018

A51.2

Constructive logic, as well as everything, needs a certain beginning. This is the beginning point of logical judgments. According to mathematical logic, this is a dot (point). The dot is a beginning which its existence itself. That is, it has not been organized in any part. Size, scale does not exist. Although human intelligence describes it, but can not comprehend it. Because, the mind can not find logical answer to the question of “how the thing may exist without elemental part". As a result, the logic system, which explains everything, begins with ignorance.

A51.1

Hər şey kimi konstruktiv məntiq də müəyyən bir başlanğıca möhtacdır. Bu, məntiqi mühakimənin başlanğıc nöqtəsidir. Riyazi məntiqə görə bu, nöqtədir. Nöqtə elə bir başlanğıcdır ki, onun varlığı özü özündəndir. Yəni o, heç bir hissədən təşkil olunmayıb. Ölçüsü, miqyası yoxdur. İnsan zəkası onu təsvir etsə də dərk edə bilmir. Çünki insan zəkası “hissəsi olmayan bir şey necə var ola bilər?” sualına məntiqi cavab tapa bilmir. Nəticədə hər şeyi izah edən məntiq sisteminin özü izahsızlıqdan başlayır.

A50.2

All humanity is a guest at the creation table, which is made up by infinitely vigorous. It is promised by its owner that the material and spiritual blessings here are infinite. However, illogical confusion, greediness to wealth and the lack of trust in the promise have turned it into a place of discord and savagery. Only those who are aware of this and those who trust in the promise gently and satisfiedly use these blessings, surprise and regret when look other’s behavior.

A50.1

Bütün bəşəriyyət sonsuz qürdətlə düzənlənən yaradılış süfrəsində qonaqdır. Bu qüdrətin sahibi və maliki tərəfindən buradakı maddi və mənəvi nemətlərin sonsuzluğu barədə vəd olunmuşdur. Lakin, məntiqsiz tələskənlik, nemət və sərvətə aşırı hərislik, vədə etimadsızlıq oranı nifaq və vəhşi mübarizə meydanına çevrmişdir. Yalnız bunun fərqində olan və vədə etimad edənlər aram və məmnun halda bu nemətlərdən nuş edir, digərlərinin tərz və davranışlarına təəccüb və təəssüf edirlər.

A49.2

The nature of the elements (or values) that are included in the value system depends on the nature of each other. In itself, a weak, small value rises and shines in the shadow of a higher value. For example, in geographical terms love for the homeland becomes stronger and sacred when complated with the higher human, spiritual values as well as justice, goodness, internationalism, etc. In itself, small value becomes seed for disease of arrogance when does not armed with the superior values.