Elmi Diskussiya Klubu │ Scientific Discussion Club
Friday, November 16, 2018
A55.1
Doğru söz, düzgün mühakimə özlüyündə həqiqətdir. Lakin, bu həqiqətlərin yer aldığı teoremlər mahiyyətcə fərqli aksiomalara dayana bilər. Nəticədə bir ideya fərqli aksiomatika zəncirlərində fərqli mövqelərdən qiymətləndirilə bilər. Müxtəlif aksiomatikalara dayanan fəlsəfi, əxlaqi məktəblərin təlimlərində kifayət qədər ortaq ideya və fikirlər vardır. Həmin baxışların əsaslandıqları aksiomatik dayaqlar fərqli olsalar da onlar özlüyündə doğru olmaqla həqiqəti ifadə edirlər. Eyni ideyaya fərqli məntiqi konstruksiyalarda rast gəlmək isə onların doğruluğunu daha da gücləndirir.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment