Göründüyü kimi, ilk 3 amil məlum zamanlara aid olduğu üçün nəzəri baxımdan qiymətləndirilə biləndir. Burada məlum zaman deyəndə keçmiş və indiki zaman nəzərdə tutulur. Lakin nəzəri, yaxud məntiqi baxımdan qiymətləndirilməsi mümkün olsa da təcrübədə buna nail olmaq kifayət qədər çətindir. Bu, həmin baş vermiş və baş verməkdə olan amillərin növbəti 2 xüsusiyyətindən irəli gəlir:
1. Həmin amillərin sayı çoxdur (yaxud saysız qədərdir);
2. Həmin amillərin ölçülən hadisə və prosesə təsiri ilə yanaşı biri-birinə qarşı təsirləri də vardır.
(ardı var)