Elmi Diskussiya Klubu │ Scientific Discussion Club
Thursday, January 3, 2019
A70.1
Bəzi inanclarda varlığın dörd amilini qeyd edirlər: torpaq, hava, su və od. Bu, yalnız maddi aləmin vəsfi ola bilər. Həqiqət aləmində isə bu dördlük fərqlidir: ağıldan, qəlbdən, eşqdən və rəngdən ibarətdir. Ağılsızlıq eşqi rəngə boyayıb qəlbə doldurmaqdır. Ağıl isə eşqi rəngə boyamadan, öz rəngi ilə qəlbə yerləşdirər. Eşqin rəngi rəngsizlikdir, şəffafdır. Bu rəng rəngsizliyin rəngidir, sonsuzluğun rəngidir, Allahın rəngidir... Yalnız bu şəffaflıqdan seyr edəndə bütün rənglər öz rəngində, daşıdığı həqiqətin rəngində görünür.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment