Tuesday, November 26, 2019

A169.2

Continuation:
The institutional environment also has its own system of values.
Usually these systems of values are expressed and presented as the principles of the institution. Especially in an institutional environment where the main goal is not to make a profit, namely:
- in state organizations;
- in public institutions;
- in international or regional regulatory and support organizations and so on
these values, or principles are more solemnized.

A169.1

Ardı:
İnstitusional çevrə də özünəməxsus dəyərlər sisteminə malikdir.
Adətən bu dəyərlər sistemi təşkilatın prinsipləri kimi ifadə olunur və təqdim olunur. Xüsusilə də əsas məqsədi mənfəət əldə etmək olmayan institusional çevrədə, yəni:
- dövlət qurumlarında;
- ictimai institutlarda;
- beynəlxalq, yaxud regional tənzimləmə və yardım təşkilatlarında və s.-də
bu dəyərlər, yaxud prinsiplər daha təntənəli surətdə önə çəkilir.

A168.2

Continuation:
One of the important factors for the formation of values is the conditions.
Theoretical sources examining the values indicate that in the context of negative relationships, fears and uncertainties about the future, values for the individual(s) are formed according to these conditions.
Here are some examples:
The belief that the world is a cruel place and that only the strong can survive;
The belief that people are powerless to change their destiny or personal status;
A belief in not deserving of good things and relationships in life;
The belief that people are fundamentally insecure and without love;
The belief that life is completely meaningless.

A168.1

Ardı:
Dəyərlərin formalaşması üçün mühüm amillərdən biri şəraitdir.
Dəyərləri öyrənən nəzəri mənbələrdə qeyd olunur ki, mənfi münasibətlər şəraitində, qorxu və gələcəyə inanmsızlıq halında fərd(lər) üçün o şəraitə uyğun dəyərlər formalaşır.
Bunlara aşağıdakıları misal göstərmək olar:
Dünyanın kökündən qəddar bir yer olduğuna və yalnız güclülərin yaşaya biləcəyinə inam;
İnsanların öz talelərini və ya şəxsi vəziyyətlərini dəyişdirməkdə aciz olduqlarına inam;
Həyatda yaxşı şeylərə və münasibətlərə layiq olmamağa inam;
İnsanların kökündən etibarsız və sevgisiz olduğuna inam;
Həyatın tamamilə mənasız olduğuna inam.

Tuesday, November 19, 2019

A167.2

Further:
In itself, that is, if all other factors are constant, each value is neutral. Neither is it good or bad. Even at first glance, the feeling of compassion, which gives a completely positive impression, is an unfavorable, negative feature in the face of oppression.
However, if other factors are unstable, we can estimate the values. For example, a value that can place one's will and interests on the opposite side without any logical basis can never be positively assessed. Because the way to dictate is to block logic and reasoning power, which is essentially irrational and ineffective.

A167.1

Ardı:
Özlüyündə, yəni bütün digər amillərin sabit halında hər bir dəyər neytraldır. Nə yaxşıdır, nə də pis. Hətta ilk anlamda bütünlüklə pozitiv təəssürat bağışlayan mərhəmət hissi zülmün qarşısında yersizdir, neqativ xüsusiyyətdir.
Lakin, digər amillərin sabit olmadığı halda biz dəyərləri qiymətləndirə bilirik. Məsələn, heç bir məntiqi əsas olmadan öz iradəsini və maraqlarını qarşı tərəfə diqtə edən dəyər heç zaman müsbət qiymətləndirilə bilməz. Çünki, diqtə yolu məntiq və düşüncə gücünün bloklaşdırılmasıdır ki, bu da mahiyyət etibarilə qeyri-rasionaldır, qeyri səmərəlidir.

A166.2

Continuation:
The inferior nature of the inferior beings cannot be considered of high value for man when these qualities are freely acquired.
Thus, a person's value is an indication of the high quality that he or she possesses in a volitional, mental way.
As a result, the values that a person has in mind, will, and therefore are considered to be genuine, are of two types:
- First, the values initially formed as endogenous;
- Second, the values formed by the subsequent mental denial of the value initially regarded as exogenous.

A166.1

Ardı:
İnsandan aşağı varlıqların rahat şəkildə sahib olduqları bu xasiyyətlər isə qeyri-ixtiyari əldə olunduğu zaman insan üçün ali dəyər sayıla bilməz.
Deməli, insanın bir dəyərə sahib olması o zaman yüksək keyfiyyət göstəricisidir ki, o, buna əqli, iradi yolla sahib olmuş olsun.
Nəticə etibarilə insanın əqli, iradi yolla sahib olduğu və buna görə də əsl hörmətəlayiq hesab olunan dəyərlər isə iki cür formalaşır:
- Birincisi, ilkin olaraq endogen kimi formalaşan dəyərlər;
- İkincisi, ilkin olaraq eqzogen kimi qəbul edilən dəyərin sonradan əqli inkarı ilə formalaşan dəyərlər.

A165.2

Continuation:
There is a need for a qualitative analysis of the values that an individual has in his current state and that directs his behavior.
In itself, a value does not yet provide a basis for quality assessment.
For example:
- personal hygiene;
- love for native people;
- protest against violence and so on
even are the values in itself, but inhuman beings also own these.

A165.1

Ardı:
Fərdin cari vəziyyətdə sahib olduğu, onun davranışlarını yönəltdiyi dəyərlərin keyfiyyət təhlilinə ehtiyac vardır.
Özü-özlüyündə bir dəyər hələ keyfiyyət qiymətləndirməsinə əsas vermir.
Məsələn:
- şəxsi gigiyena;
- doğmalara sevgi;
- zülmə etiraz və s.
özülüyündə bir dəyərdirsə, buna qeyri-insani varlıqlar da sahibdir.

Tuesday, November 12, 2019

A164.2

Continuation:
The factors of the second group can also be classified into two distinct subgroups:
- irrelevant (involuntary);
- volitional factor
Thus, the classification we conduct shows that the individual is the author of only one group of values systems that form the basis of his behavioral system.
That is to say, a person can have numerous and powerful values. But more important is how they achieve those values.

A164.1

Ardı:
İkinci qrup amilləri də 2 fərqli alt qrupda təsnifləşdirmək olar:
- qeyri-iradi;
- iradi amil
Beləliklə, apardığımız təsnifləşdirmə göstərir ki, fərdin davranışlar sisteminin əsasını təşkil edən dəyərlər sisteminin yalnız bir qrupunun müəllifi özüdür.
Yəni, insan çoxlu sayda və güclü dəyərələrə sahib ola bilər. Lakin, bundan da önəmli olan həmin dəyərlərə necə nail olmasındadır.

A163.2

Continuation:
Generally, the factors that shape human core values can be classified into two groups:
- exogenous factors;
- endogenous factors.
Family, close social circle, educational and training institutions, and the social framework as a whole are among the first group factors.
The second group includes:
- physiological, anatomical factor (genetic)
- mental, cognitive factor.

A163.1

Ardı:
Ümumilikdə insanın bazis dəyərlərini formlaşdıran amilləri iki qrupda təsnifləşdirmək olar:
- eqzogen amillər;
- endogen amillər.
Ailə, yaxın sosial çevrə, təlim və tərbiyyə institutları, bütövlükdə ictimai çərçivə birinci qrup amillər sırasındadır.
İkinci qrupa isə aşağıdakılar aiddir:
- fizioloji, anatomik amil (genetik)
- əqli, idraki amil.

Friday, November 8, 2019

A162.2

Continuation:
We have listed the foregoing in the order of time sequence. That is, until the individual's thinking ability is formed, its value system is formed by the contribution of external sources.
Starting from the instinctive (non-voluntary) phase of his life, the foundation of his value system is based on natural harmony by taking impulses from the person's closest circle.
It starts with distinguishing between good and bad. However, if we take a more fundamental approach, a good and bad distinction has been laid before this – in the inborn level (by the genetic information system).

A162.1

Ardı:
Yuxarıda sadalananları əsasən zaman ardıcıllığı üzrə düzdük. Yəni, fərdi təfəkkür qabiliyyəti formalaşana qədər onun dəyərlər sistemi kənar mənbələrin töhfəsi ilə formalaşır.
Həyatının qeyri-ixtiyari (qeyri-iradi) mərhələsindən başlayaraq təbii ahənglə fərdin ən yaxın dairəsindən impulslar almaqla onun dəyərlər sisteminin təməli qoyulur.
Bu, yaxşı və pisin fərqləndirilməsi ilə başlanır. Lakin, daha fundamental yanaşsaq bundan da öncə fitri səviyyədə (genetik məlumatlar sistemi ilə) yaxşı və pis ayrıcılığının əsası qoyulmuşdur.

A161.2

Continuation:
At the individual level, the following are the sources (factors) that form the basic (core) values of the person:
- parents and other family members;
- close social circle;
- educational institutions;
- public area;
- public institutions, including the state;
- public institutional framework;
- the personal thinking ability that able to criticize own outlook;
- others.

A161.1

Ardı:
Fərdi səviyyədə insanda bazis dəyərlərini formlaşdıran mənbələr (amillər) aşağıdakılardır:
- valideynlər və digər ailə üzvləri;
- yaxın sosial çevrə;
- təhsil təsisatları;
- ictimai düzən;
- dövlət başda olmaqla ictimai institutlar;
- ictimai institusional çərçivə;
- şəxsi dünyagörüşünü tənqidinə qabil şəxsi təfəkkür qabiliyyəti;
- digərləri.