İnsandan aşağı varlıqların rahat şəkildə sahib olduqları bu xasiyyətlər isə qeyri-ixtiyari əldə olunduğu zaman insan üçün ali dəyər sayıla bilməz.
Deməli, insanın bir dəyərə sahib olması o zaman yüksək keyfiyyət göstəricisidir ki, o, buna əqli, iradi yolla sahib olmuş olsun.
Nəticə etibarilə insanın əqli, iradi yolla sahib olduğu və buna görə də əsl hörmətəlayiq hesab olunan dəyərlər isə iki cür formalaşır:
- Birincisi, ilkin olaraq endogen kimi formalaşan dəyərlər;
- İkincisi, ilkin olaraq eqzogen kimi qəbul edilən dəyərin sonradan əqli inkarı ilə formalaşan dəyərlər.
No comments:
Post a Comment