Wednesday, December 25, 2019

A180.2

Further:
As society has more and more individuals with logical and healthy values, the possibilities for the institutional environment of that society to become more development-oriented and sustainable are also expanding.
If the locomotive of a progressive and sustainable institution is its human structure, the key factor is the value system of the leader or chief.
An individual may have the group of superior values, but that does not mean the actual application of those values. That is to say, even the highest value can remain covertly, even subconscious.

A180.1

Ardı:
Cəmiyyətdə məntiqli, sağlam dəyərlərə malik fərdlər çoxaldıqca həmin cəmiyyətin institusional çevrəsinin də inkişaf yönümlü və dayanıqlı olması imkanları genişlənir.
Mütərəqqi və dayanıqlı institutun lokomativi onun insan tərkibirsə, bunun da əsas amili rəhbər, lider şəxsin, yaxud şəxslərin dəyərlər sistemidir.
Fərd irsi olaraq bir qrup üstün dəyərlərə malik ola bilər, lakin bu, hələ həmin dəyərlərin reallıqda tətbiqi demək deyildir. Yəni, ən üstün dəyər belə, hətta sona qədər üstüörtülü, pünhan şəkildə qala bilər.

A179.2

Continuation:
One of the most noteworthy aspects here is that when speak about institution values it means human values. Undoubtedly, the institute are the individuals who lead it. In other words, the organization is a parallel image of its owners that “painted in their colors”.
Simply, the application or implementation platforms of institutional values with individual values are different. Thus, the individual applies own values in his life, but applies the values that he wants to see in his institution in the policy and activity of that institution. İt means, in essence, the source of both group of values are same.

A179.1

Ardı:
Burada diqqətə layiq mühüm məqamlardan biri də odur ki, institutların dəyərləri deyiləndə, elə insani dəyərlər nəzərdə tutulur. Şübhəsiz ki, institut elə onu ərsəyə gətirən fərdlərin özüdür. Başqa sözlə, təşkilat, firma öz sahiblərinin “rənginə” boyanmış paralel obrazlarıdır.
Sadəcə, fərdi dəyərlərlə institusional dəyrlərin tətbiqi, realizasiyası platformaları fərqlidir. Belə ki, fədr özünəməxsus dəyəri həyatında, sahib olduğu institutda görmək istədiyi dəyəri isə onun siyasəti və fəaliyyətində tətbiq edir. Yəni, mahiyyət etibarilə hər iki qrup dəyərin mənbəyi birdir.

Wednesday, December 18, 2019

A178.2

Continuation:
For example, a company that produces harmful drinks, or any tobacco company, can promote public health in its strategic statements and advertisements. But there is no doubt that it is nothing more than a slogan.
Of course, no company, especially a firm that maximizes its profits, will advertise its negative values. The task of the appraiser here is to judge on the basis of its actual behavior.
The only and only way of veracity of any statement, idea, motto are behaviours, regardless of how strong, ancient, well-known business entities are.

Source used: https://examples.yourdictionary.com/examples-of-core-values.html

A178.1

Ardı:
Məsələn, zərərli içkilər istehsal edən firma, yaxud hər hansı bir tütün şirkəti özünün strateji bəyanatlarında, reklam çarxlarında ictimai sağlamlığı təbliğ edə bilər. Lakin, bunun şüardan artıq bir şey olmamasına şübhə yoxdur.
Əlbəttə, heç bir şirkət, xüsusilə də başlıca hədəfi mənfəətini maksimallaşdırmaq olan bir firma neqativ dəyərləri reklam etməyəcəkdir. Burada qiymət verən tərəfin vəzifəsi isə onun faktiki davranışları əsasında mühakimə yürütməkdir.
Nə qədər güclü, qədim, tanınmış biznes subyekti olmasından qətiyyən asılı olmayaraq, istənilən bəyanatın, ideyanın, şüarın həqiqiliyinin yeganə və yeganə yolu davranışlardır.

İstifadə olunmuş mənbə: https://examples.yourdictionary.com/examples-of-core-values.html

A177.2

Determination of institutional values
Organizations can easily express their core values. For example, an organization may claim its adherence to higher values, such as transparency, integrity, and justice in its policy documents. However, it is still nothing but the verbal expression of those values and the claim that they really exist.
As proof of each claim is required, there is a need for proof of the true existence of values. Undoubtedly, the most obvious indication of this is behavior. Thus, the best way to determine the values of an institutional unit is to follow its behavior, that is, its activity.

A177.1

İnstitusional dəyərlərin müəyyənləşdirilməsi
Təşkilatlar, qurumlar öz əsas dəyərlərini rahat ifadə edə bilərlər. Məsələn, təşkilat özünün siyasət sənədlərində şəffaflıq, dürüstlük, ədalət və s. kimi ali  dəyərlərə sadiqliyini iddia edə bilər. Lakin, bu, hələ ki, həmin dəyərlərin şifahi ifadəsindən, onun həqiqətən mövcudluğunun iddiasından başqa bir şey deyil.
Hər bir iddianın sübutu tələb olunduğu kimi, dəyərlərin də həqiqi mövcudluğunun sübutuna ehtiyac vardır. Şübhəsiz ki, bunun sübutunun ən bariz göstəricisi davranışlardır. Beləliklə, institusional vahidin dəyərlərini müəyyənləşdirməyin ən yaxşı yolu onun davranışlarını, yəni fəaliyyətini izləməkdir.

A176.2

Continuation:
More can be added to this list as following:
Spirit of adventure
Respect
Fitness
Courage
Education
Perseverance
Patriotism
Service to others
Environmentalism, etc.

A176.1

Ardı:
Bu siyahıya daha növbətilərini belə əlavə etmək olar:
Macəra ruhu
Hörmət
Yararlılıq
Cəsarət
Təhsil
Dözümlülük
Vətənpərvərlik
Başqalarına xidmət
Ətraf mühitə qayğı və s.

A175.2

Continuation:
The following values also can be added to this list:
Creativity
Motivation
Positivity
Optimism
Good humor
Spirit of adventure
Passion
Compassion

S175.1

Ardı:
Həmçinin bu siyahıya növbəti dəyərləri də əlavə etmək olar:
Yaradıcılıq
Motivasiya
Pozitivlik
Nikbinlik
Yaxşı əhval ruhiyyə
Macəra ruhu
Ehtiras
Şəfqət

Thursday, December 12, 2019

A174.2

Continuation:
The values that any institutional unit would like to own include:
Honesty
Loyalty
Reliability
Commitment
Open-mindedness
Consistency
Efficiency
Innovation

A174.1

Ardı:
Hər hansı institusional vahidin sahib olmaq istəyəcəyi dəyərlərə aşağıdakıları aid etmək olar:
Dürüstlük
Sadiqlik
Etibarlılıq
Öhdəçilik
Açıq fikirlilik
Ardıcıllıq
Səmərəlilik
Yenilik

A173.2

Continuation:
In general, there are many values that can serve as the core value of an institutional environment.
At first glance it seems that to be one of the best or the best one, you must have all these values without exception. Because, theoretically, the most important condition of perfection is the ability to combine all the attributes of perfection.
However, in fact, even just a few of them can truly be the foundation for successful work for any institute or organization.

A173.1

Ardı:
Bütövlükdə isə institusional çevrənin əsas dəyəri kimi yer ala biləcək xeyli dəyərlər mövcuddur.
İlk baxışdan belə görünür ki, ən yaxşı, yaxud ən yaxşılardan biri olmaq üçün istisnasız olaraq bütün bu dəyərlərə sahib olmaq lazımdır. Çünki, nəzəri baxımdan kamilliyin mühüm şərti bütün kamil sifətləri özündə cəm edə bilməkdən ibarətdir.
Lakin, təcrübədə hətta onlardan sadəcə bir neçəsinə həqiqətən sadiq olmaq bu və ya digər təşkilat, qurum üçün uğurlu fəaliyyətin təməli ola bilər.

Wednesday, December 4, 2019

A172.2

Continuation:
Also, the following are examples of core values of companies, businesses and organizations:
• Commitment to helping poor people.
For example, the TOMS shoe company provides a pair of shoes to each person who needs it.
TOMS shoe company gives away a pair of shoes to a needy person for every pair it sells in order to reduce poverty and improve the lives of others.
• The commitment to building strong communities.
For example, the Shell oil company donates millions of dollars to the University of Texas to promote higher education and to direct employee donations.

A172.1

Ardı:
Həmçinin şirkət, müəssisə və təşkilatların əsas dəyərlərinin nümunələri kimi aşağıdakıları da qeyd etmək olar:
• İmkansız şəxslərə kömək etmək öhdəliyi.
Məsələn, “TOMS” ayaqqabı şirkəti, yoxsulluğun azaldılması və başqalarının həyatını yaxşılaşdırmaq məqsədi ilə satdığı hər bir cüt qarşılığında ehtiyacı olan şəxsə bir cüt ayaqqabı verir.
• Güclü icmaların yaradılması öhdəliyi.
Məsələn, “Shell” neft şirkəti ali təhsili inkişaf etdirmək və işçilərin xeyriyyəçi ianələrini yönəltmək üçün Texas Universitetinə milyonlarla dollar bağışlayır.

A171.2

Continuation:
The following are next examples of core values of companies, businesses and organizations:
Corporate social responsibility, especially environmental behavior.
Commitment to be helpful and to do good for everyone.
For example, the well-known Google company considers value for itself to create and manage a comprehensive web search engine that is accessible to all.

A171.1

Ardı:
Şirkət, müəssisə və təşkilatların əsas dəyərləri kimi növbəti nümunələri belə qeyd etmək olar:
Korporativ sosial məsuliyyət, xüsusilə də ekologiyaya, ətraf mühitə uyğun davranış.
Bütün hər kəs üçün faydalı olmaq, yaxşılıq etmək öhdəliyi.
Məsələn, məşhur “Google” şirkəti hamı üçün əlyetərli olan əhatəli bir veb axtarış sistemini yaratmağı və idarə etməyi özü üçün dəyər hesab edir.

A170.2

Continuation:
However, other values and principles of activity are no different for the corporate sector, whose main function is to make and maximize profits.
The following are some of the key values of companies, businesses and organizations:
Commitment to sustainable activity;
Commitment to innovation and excellence. For example, Apple is known for its commitment to innovation that it perceives as its core value. This is reflected in their slogan "Think Different". (to be continued)

A170.1

Ardı:
Hərçənd ki, əsas amalı mənfəət qazanmaq və onu maksimallaşdırmaq olan korporativ sektor üçün də digər dəyər və fəaliyyət prinsipləri yad deyildir.
Şirkət, müəssisə və təşkilatların əsas dəyərləri kimi aşağıdakı nümunələri qeyd etmək olar:
Dayanıqlı fəaliyyətə sadiqlik;
Yeniliyə və mükəmməlliyə sadiqlik. Məsələn, “Apple” şirkəti özünün əsas dəyəri kimi qəbul etdiyi yeniliyə bağlılığı ilə tanınır. Bu, onların "Fərqli Düşün" şüarları ilə təcəssüm olunur. (ardı var)