Wednesday, December 18, 2019

A177.1

İnstitusional dəyərlərin müəyyənləşdirilməsi
Təşkilatlar, qurumlar öz əsas dəyərlərini rahat ifadə edə bilərlər. Məsələn, təşkilat özünün siyasət sənədlərində şəffaflıq, dürüstlük, ədalət və s. kimi ali  dəyərlərə sadiqliyini iddia edə bilər. Lakin, bu, hələ ki, həmin dəyərlərin şifahi ifadəsindən, onun həqiqətən mövcudluğunun iddiasından başqa bir şey deyil.
Hər bir iddianın sübutu tələb olunduğu kimi, dəyərlərin də həqiqi mövcudluğunun sübutuna ehtiyac vardır. Şübhəsiz ki, bunun sübutunun ən bariz göstəricisi davranışlardır. Beləliklə, institusional vahidin dəyərlərini müəyyənləşdirməyin ən yaxşı yolu onun davranışlarını, yəni fəaliyyətini izləməkdir.

No comments:

Post a Comment