Monday, February 24, 2020

A200.2

Continuation:
Career, status, reputation...
These are considered high values of social development. In other words, there are issues to gain a higher social status and to have a significant impact on events and processes.
In itself, values such as social and public authority, status are neutral. In other words, these are tools. It can be evaluated positively or negatively, depending on what it serves. While the ultimate goal of authority and status is arrogance and public advantage, undoubtedly it is negative, but if that is human glory and social usefulness becomes a positive value carrier.

Source used:
https://www.psychologos.ru/articles/view/osnovnye-zhiznennye-cennosti

A200.1

Ardı:
Karyera, status, nüfuz...
Bunlar sosial inkişafın yüksək dəyərləri kimi qəbul olunur. Yəni, burada daha yüksək sosial status qazanmaq, hadisə və proseslərə əhəmiyyətli təsir etmək imkanı əldə etmək məsələləri yer alır.
Özü-özlüyündə sosial-ictimai nüfuz, status kimi dəyərlər neytral xarakterə malikdir. Başqa sözlə, bunlar vasitədir. Nəyə xidmət etməsindən asılı olaraq müsbət, yaxud  mənfi qiymətləndirilə bilər. Nüfuz və statusun son hədəfi təkəbbür və ictimai üstünlükdürsə mənfi, bəşəri izzət və ictimai faydalılıq vasitəsidirsə şübhəsiz ki, müsbət dəyər daşıyıcısına çevrilir.

İstifadə olunmuş mənbə:
https://www.psychologos.ru/articles/view/osnovnye-zhiznennye-cennosti

A199.2

Continuation:
Labor, employment, projects ...
This group has two directions:
- on the one hand, labor provides creation of material possibilities to meet the needs of life;
- on the other hand, employment is a lifestyle in itself, that is, not only a means of livelihood, but a process of living.
This is why, people paralelly with material aspects often take into account the non-material – moral, sociological characteristics of employment when choosing job opportunities.

Source used:
https://www.psychologos.ru/articles/view/osnovnye-zhiznennye-cennosti

A199.1

Ardı:
Əmək, məşğuliyyət, layihələr...
Bu qrup özündə iki istiqaməti ehtiva edir:
- bir tərəfdən, əmək, iş yaşam ehtiyaclarının qarşılanması üçün maddi imkanların formalaşdırılmasını təmin edir;
- digər tərəfdən, məşğulluq özü-özlüyündə həyat tərzidir, yəni təkcə yaşam vasitəsi yox, yaşam prosesinin özüdür.
Məhz, bu səbəbdəndir ki, adətən insanlar iş yerləri ilə bağlı seçim edərkən məşğulluğun maddi tərəflərilə yanaşı, qeyri-maddi - mənəvi, sosioloji xüsusiyyətlərini də diqqətə alırlar.

İstifadə olunmuş mənbə:
https://www.psychologos.ru/articles/view/osnovnye-zhiznennye-cennosti

A198.2

Continuation:
Home, comfort, material things...
These are described as important values for a regular lifestyle. At the same time, these are located at the junction of two groups of values. So that:
- on the one hand, material things are a means of family and comfort;
- on the other hand material things are an essential element of business life.
Thus, material assets constitute one of the most important conditions for an individual's independence by providing both current livelihoods and subsequent income opportunities.

Source used:
https://www.psychologos.ru/articles/view/osnovnye-zhiznennye-cennosti

A198.1

Ardı:
Ev, rahatlıq, maddiyyat...
Bunlar nizamlı həyat tərzinin mühüm dəyərləri kimi xarakterizə olunur. Eyni zamanda da sadalananlar iki dəyərlər qrupunun qovuşağında yerləşir. Belə ki:
- bir tərəfdən maddi nəsnələr ailənin, rahatlığın vasitəsi;
- digər tərəfdən isə işgüzar həyatın mühüm elementidir.
Beləliklə, maddi aktiv həm cari yaşam vasitələrini, həm də növbəti qazanc imkanlarını təmin etməklə fərdin müstəqilliyinin mühüm şərtlərindən birini təşkil edir.

İstifadə olunmuş mənbə:
https://www.psychologos.ru/articles/view/osnovnye-zhiznennye-cennosti

Wednesday, February 19, 2020

A197.2

Continuation:
Relationships, mutual understanding, attention ...
It comes from a system of relationships between groups - parents and children, friends and relatives. In other words, these are the same values that are manifested in relationships with other people. In fact, these are also called love with care, kind attention, warm respect and so on. Just as after every business day, a person is happy to go home - to his family, his wife and children. Just as a young man is in a hurry to help his parents in the garden. Just as a woman cares, brushes her baby's hair.

Source used:
https://www.psychologos.ru/articles/view/osnovnye-zhiznennye-cennosti

A197.1

Ardı:
Münasibətlər, qarşılıqlı anlaşma, diqqət...
Bu, qruplar - valideynlər və övladlar, dostlar, qohumlar arasında münasibətlər sistemindən irəli gəlir. Başqa sözlə bu, həmin dəyərlərdir ki, digər insanlarla münasibətlərdə təzahür edir. Əslində bunlar da sevgi adlı dəyərlə iç-içədir: qayğı, mehriban diqqət, isti hörmət və s. Necə ki, hər iş günündən sonra adam məmnuniyyətlə evinə - ailəsinin, həyat yoldaşının və uşaqlarının çevrəsinə gedir. Necə ki, gənc bir oğlan bağçaya, valideynlərinə kömək etməyə tələsir. Necə ki, bir qadın uşağının saçlarını darayır, nəvaziş edir.

İstifadə olunmuş mənbə:
https://www.psychologos.ru/articles/view/osnovnye-zhiznennye-cennosti

A196.2

Continuation:
To further simplify the previous classification, the initial group values can be listed as follows:
Love, excitement, fun, relaxation ...
These are described as causes of joy. Undoubtedly, as mentioned above, in the pursuit of other human values, those mentioned above create joy and happiness. The existence of such conditions as good nature, the clear thinking, the circle of people with good morals, the friendly atmosphere and so on is an indisputable cause of initial satisfaction.

Source used:
https://www.psychologos.ru/articles/view/osnovnye-zhiznennye-cennosti

A196.1

Ardı:
Əvvəlki təsnifatı daha da sadələşdirsək ilkin qrup dəyərləri aşağıdakı kimi sadalamaq olar:
Sevgi, xoş həyəcan, əyləncə, istirahət...
Bunlar sevinc hissinin səbəbləri kimi xarakterizə olunur. Şübhəsiz ki, digər insani dəyərlərə sadiqlik çərçivəsində yuxarıda sadalananlar sevinc və xoş duyğular yaradır. Xoş təbiətin qucağı, aydın düşüncə, gözəl əxlaqlı insanların çevrəsi, səmimi münasibətlər ortamı və s. kimi şərtlərin mövcudluğu ilkin məmnunluğun danılmaz səbəbidir.

İstifadə olunmuş mənbə:
https://www.psychologos.ru/articles/view/osnovnye-zhiznennye-cennosti

Wednesday, February 12, 2020

A195.2

Continuation:
In modern psychology, value issues are studied, theoretical and empirical analyzes are conducted.
According to psychologists, the list of all life values is long. The basic life values of a moderately healthy person can be classified in three groups:
Personal life and relationships;
Business life;
Personal development.

Source used:
https://www.psychologos.ru/articles/view/osnovnye-zhiznennye-cennosti

A195.1

Ardı:
Müasir psixologiyada da dəyər məsələləri öyrənilir, bununla bağlı nəzəri və empirik təhlillər aparılır.
Psixoloqlara görə, ümumilikdə bütün həyat dəyərlərinin siyahısı böyükdür. Orta statistik sağlam insanın əsas həyati dəyərlərini üç qrupda təsnifləşdirmək olar:
Şəxsi həyat və münasibətlər;
İşgüzar həyat;
Şəxsi inkişaf.

İstifadə olunmuş mənbə:
https://www.psychologos.ru/articles/view/osnovnye-zhiznennye-cennosti

A194.2

Continuation:
Society-based norms are considered to be the highest expression of its value system. Here, advanced standards of value mean the issues and approaches that are perceived as good, right or desirable.
Of course, the attitude to values and norms is different. Usually, values and its relative concepts are placed on abstract platforms.
The general norms adopted are relatively specific, either in the form of written or unwritten rules. The society's values system plays an important role in influencing the content of accepted norms.

A194.1

Ardı:
Cəmiyyət səviyyəsində inkişaf etmiş normalar onun dəyərlər sisteminin ən yüksək ifadəsi hesab olunur. Burada dəyər mənasında inkişaf etmiş normalar dedikdə yaxşı, doğru və ya arzu olunan kimi qəbul edilən məsələlər, yanaşmalar nəzərdə tutulur.
Şübhəsiz ki, dəyərlər və normalar anlayışına münasibət fərqlidir. Adətən dəyərlər, onlarla bağlı anlayışlar nisbətən daha mücərrəd platformalarda yer alır.
Qəbul olunan ümumi normalar isə nisbətən daha konkret olub yazılmış, yaxud yazılmamış qaydalar şəklində prinsiplərdir. Cəmiyyətin dəyərlər sistemi qəbul olunmuş normaların məzmununa təsir baxımından vacib rol oynayır.

A193.2

Continuation:
While values tend to be stable, they are not immutable. Values are also growing and changing with us.
It is ideal to always adhere to the highest values, but it is not always possible. There will always be events and processes that we have to compromise or struggle to adhere to.
Knowing our values allows us to get to know ourselves better, no matter how much we adhere to them. It helps us to be honest about ourselves and to trust ourselves in the face of serious choices in life.

Source used:
Carley Sime
https://www.forbes.com/sites/carleysime/2019/01/25/please-get-to-know-your-values/#7fc7057949d2

A193.1

Ardı:
Dəyərlər sabit olmağa meyilli olsa da heç də dəyişməz deyildir. Dəyərlər də bizimlə böyüyür və dəyişir.
Ali dəyərlərə daim sadiq yaşamaq idealdır, lakin bu, həmişə mümkün olmur. Dəyərlərimizi güzəştə getməli olduğumuz və ya onlara riayət etmək üçün mübarizə apardığımız hadisə və proseslər həmişə olacaqdır.
Dəyərlərimizi tanımağımız onlara nə qədər əməl edə bilməyimizdən asılı olmayaraq, həmz, özümüzü daha yaxşı tanımağımıza imkan verir. Bu, özümüz barədə dürüst olmağımıza, həyatın ciddi seçimləri qarşısında özümüzə etibar edə bilməyimizə kömək edir.

İstifadə olunmuş mənbə:
Carley Sime
https://www.forbes.com/sites/carleysime/2019/01/25/please-get-to-know-your-values/#7fc7057949d2

Tuesday, February 4, 2020

A192.2

Continuation:
After that, it is time to sort out our dominant values. The list can be as long or as short as we want. One of the important issues when we make the list is to prioritize values.
We need to start with the deepest values of the soul in the next and more fundamental analysis. Here are some important questions. Does this value deserve the highest level? Is it worth pursuing for that value and sacrificing so much for it?! How pleasant and delightful is it to live in the dictate of this value? How this pleasure and comfort is persistent and sustainable?!

Source used:
Carley Sime
https://www.forbes.com/sites/carleysime/2019/01/25/please-get-to-know-your-values/#7fc7057949d2

A192.1

Ardı:
Bunlardan sonra isə bizə əyan olan hakim dəyərlərimizi sıralamağın vaxtıdır. Siyahı istədiyimiz qədər uzun, yaxud qısa ola bilər. Siyahını tərtib etdiyimizdə mühüm məsələlərdən biri dəyərləri prioritetləşdirməkdən ibarət olacaqdır.
Növbəti və daha fundamental təhlillərə ruhun ən dərinlərində yer alan dəyərlərlərdən başlamalıyıq. Burada mühüm suallar baş qaldırır. Görən, bu dəyər ən yüksəkdə durmağa layiqdirmi? Bu dəyərin ardınca yüyürməyə, çox şeyləri fəda etməyə dəyərmi?! Bu dəyərin diqtəsində yaşamaq nə qədər xoş və ləzzətlidir? Bu ləzzət və rahatlıq nə qədər dayanıqlı və daimidir?!

İstifadə olunmuş mənbə:
Carley Sime
https://www.forbes.com/sites/carleysime/2019/01/25/please-get-to-know-your-values/#7fc7057949d2

A191.2

Continuation:
In all cases, our values are at the root of the issue. As deep as our emotions are, our values are deeply rooted in our souls.
Another way to recognize our values is through our memories. To do this, you need to remember the most satisfying moments and days, as well as the most sad moments, and then go back to those memories. In this case, the events that are in the essence of those moments that leave a deep imprint on our memories are important. Because our values are the only reason that reinforces those events and processes in our memories.

Source used:
Carley Sime
https://www.forbes.com/sites/carleysime/2019/01/25/please-get-to-know-your-values/#7fc7057949d2

A191.1

Ardı:
Bütün hallarda məsələnin kökündə dayanan dəyərlərimizdir. Emosiyalarımız nə qədər dərindirsə, müvafiq dəyərlərimiz də bir o qədər ruhumuzda dərik kök salmışdır.
Dəyərlərimizi tanımağımızın başqa bir üsulu xatirələrimizlə bağlıdır. Bunun üçün ən məmnun anları və günləri, eləcə də ən kədərli məqamları yada salmaq, bir daha həmin xatirələri varaqlamaq lazımdır. Bu zaman özü-özlüyündə xatirələrimizdə dərin iz buraxan həmin anların mahiyyətində dayanan hadisələr önəmlidir. Çünki həmin hadisə və prosesləri xatirələrimizdə möhkəmləndirən yeganə səbəb dəyərlərimizdir.

İstifadə olunmuş mənbə:
Carley Sime
https://www.forbes.com/sites/carleysime/2019/01/25/please-get-to-know-your-values/#7fc7057949d2