Tuesday, March 17, 2020

A205.1

Ardı:
Mənəvi tərəqqi, idrak...
Təkcə özünün maraqları üçün deyil, özündən kənarda hər hansı varlığın rifahı üçün çalışan şəxsi mənəviyyatlı şəxsiyyət hesab etmək olar. Kimsə bunu da şəxsi maraq çərçivəsində hesab edə bilər. Hətta bu cür adlandırıla bilsə belə, yenə də bu mənada şəxsi maraq insani, mənəvi dəyərə söykənmiş olur. Başqa sözlə, bu anlamda şəxsi maraq son nəticədə maddi deyil, ruhi, mənəvi maraqlara xidmət edir.
Bu, idrakdan, ağıldan, təfəkkürdən bilavasitə asılı məsələdir. Şəxsiyyət yalnız dərk yolu ilə mənəvi yüksəlişə nail ola bilər.

İstifadə olunmuş mənbə:
https://www.psychologos.ru/articles/view/osnovnye-zhiznennye-cennosti

No comments:

Post a Comment