Tuesday, June 30, 2020

A218.2

Continuation:
Thus, at the initial stage, values are formed from implications from the outside on the basis of the division of "good" and "bad". At the next stage, ie at a relatively high age, the process of assessing the quality of those "good" and "bad" itself begins.
Of course, the time period we mention here as a stage varies from individual to individual. For some, this stage may take 5-10 years, and for others 30-40 years. For some, it may even be a milestone. That is, he will not be able to think critically about the quality of the "bad" and "good" taught him from the very beginning.
Source used:
https://nataliaprahova.ru/soveti-psihologa/psixologiya-moralnyx-cennostej/

A218.1

Ardı:
Beləliklə, ilkin mərhələdə kənardan təlqin olunan “yaxşı”lar və “pis”lərin bölgüsü əsasında dəyərlər formalaşır. Növbəti mərhələdə, yəni nisbətən yuxarı yaşlarda isə həmin “yaxşı”ların və “pis”lərin özünün keyfiyyətinə qiymət vermək prosesi başlanır.
Təbii ki, burada mərhələ kimi qeyd etdiyimiz zaman müddəti fərdlər, şəxslər üzrə fərqlənir. Kimisi üçün bu bir mərhələ 5-10 il, kimisi üçün isə 30-40 il müddəti tələb edə bilər. Hətta kimisi üçün isə bütün ömür müddəti bir mərhələ kimi gəlib keçər. Yəni, ona lap əvvəldən öyrədilən “pis” və “yaxşı”ların keyfiyyəti barədə tənqidi təfəkkür etmək nəsib olmayacaq.
İstifadə olunmuş mənbə:
https://nataliaprahova.ru/soveti-psihologa/psixologiya-moralnyx-cennostej/

Sunday, June 21, 2020

A217.2

Continuation:
Of course, in the early years, a child's freedom of choice is limited. Its moral framework is significantly "compulsory". Thus, from the outside, many rules and frameworks are formed in the child's mind in his favor.
These rules and frameworks are still undesirable due to his personal position and opinion. Because, in a sense, these rules and frameworks contradict his highest desire, the freedom, without going into the essence. The surrounding world, on the other hand, tries to persuade him, indirectly or directly, that these frameworks are useful for him in the next stages.

Source used:
https://nataliaprahova.ru/soveti-psihologa/psixologiya-moralnyx-cennostej/

A217.1

Ardı:
Şübhəsiz ki, ilk yaşlarda uşağın sərbəst seçimi məhduddur. Onun əxlaq çərçivəsi əhəmiyyətli dərəcədə “məcburi” qaydada qurulub. Beləliklə, kənardan uşağın şüurunda onun xeyrinə xeyli qaydalar və çərçivələr formalaşdırılır.
Bu qayda və çərçivələr isə hələ ki, onun şəxsi mövqeyi və rəyinə görə arzuolunmazdır. Çünki müəyyən mənada həmin qaydalar və çərçivələr özü də dərindən mahiyyətinə varmadan onun ən ali arzusu, istəyi olan azadlığı ilə ziddir. Ərtaf aləm isə həmin çərçivələrin növbəti mərhələlərdə onun öz mənafeyi üçün faydalı olmasını ona dolayı, yaxud birbaşa formalarda təlqin etməyə çalışır.

İstifadə olunmuş mənbə:
https://nataliaprahova.ru/soveti-psihologa/psixologiya-moralnyx-cennostej/

A216.2

Continuation:
The initial formation of values at the personal level begins at an early age. People close to them, especially parents, as well as the environment create an impression of good and bad.
Even according to some sources, the process of value formation begins in the womb. Thus, both genetic factors and the mother's lifestyle and behavior at that time begin to make people understand the good and the bad.
The direct and indirect influences and reactions of the surrounding society become the main driver of the process of education, as well as the formation of values.

Source used:
https://nataliaprahova.ru/soveti-psihologa/psixologiya-moralnyx-cennostej/

A216.1

Ardı:
Şəxsi səviyyədə dəyərlərin ilkin formalaşması lap kiçik yaşlardan başlayır. Valideynlər başda olmaqla yaxın insanlar, eləcə də ətraf mühit tərəfindən insanda yaxşılar və pislər barədə təsəsvvür yaradılır.
Hətta bəzi mənbələrə görə dəyərələrin formalaşması prosesi ana bətnindən başlanır. Belə ki, həm genetik amillər, həm də həmin dövrdə ananın hayat tərzi, davranışı insana yaxşı və pisləri dərk etdirməyə başlayır.
Şəxsi əhatə edən ətraf cəmiyyətin birbaşa və dolayı təsirləri, reaksiyaları tərbiyə, o cümlədən dəyərlərin formalaşması prosesinin əsas drayverinə çevrilir.

İstifadə olunmuş mənbə:
https://nataliaprahova.ru/soveti-psihologa/psixologiya-moralnyx-cennostej/

Monday, June 15, 2020

A215.2

Continuation:
According to the approaches of sociologists and psychologists, the formation of moral values is a dynamic, continuous process. This process goes through many stages and continues almost until the last moment of human life.
First of all, it should be noted that the process of formation of moral values must be understood in a broad sense. This includes the:
- emergence;
- strengthening;
- assimilation;
- conversion;
- disappearance
processes of values.
Source used:
https://nataliaprahova.ru/soveti-psihologa/psixologiya-moralnyx-cennostej/

A215.1

Ardı:
Sosioloq və psixoloqların yanaşmalarına görə mənəvi dəyərlərin formalaşması dinamik, davamlı prosesdir. Bu proses çox sayda mərhələlərdən keçir və demək olar ki, insan ömrünün son anına qədər davam edir.
Hər şeydən öncə qeyd etmək lazımdır ki, mənəvi dəyərlərin formalaşması prosesi geniş mənada başa düşülməlidir. Bura dəyərlərin:
- yaranması;
- möhkəmlənməsi;
- assimilyasiyası;
- çevrilməsi;
- aradan getməsi
prosesləri aiddir.
İstifadə olunmuş mənbə:
https://nataliaprahova.ru/soveti-psihologa/psixologiya-moralnyx-cennostej/

A214.2

Continuation:
Based on general theory, as well as personal experience of professionals, moral values can be classified into two groups:
- Values that are formed and accepted by society and serve human relations (for example, friendship, respect, responsibility, sincerity, loyalty, etc.);
- Internal, personal moral values (eg, conscience, decency, honor, debt, etc.) that are formed, developed, and improved under the influence of the truths gained throughout life.

Source used:
https://nataliaprahova.ru/soveti-psihologa/psixologiya-moralnyx-cennostej/

A214.1

Ardı:
Ümumi nəzəri, eləcə də peşəkarların şəxsi təcrübələrindən çıxış edərək mənəvi dəyərləri həm də iki qrupda təsnifləşdirmək olar:
- Cəmiyyət tərəfindən təşəkkül tapan və qəbul olunan, insanlar arasında münasibətlərə xidmət edən dəyərlər (məsələn, dostluq, hörmət, məsuliyyət, səmimiyyət, sədaqət və s.);
- Yaşam boyunca qazanılan həqiqətlərin təsiri ilə formalaşan, inkişaf edən, təkmilləşən daxili, şəxsi mənəvi dəyərlər (məsələn, vicdan, ədəb, şərəf, borc və s.)

İstifadə olunmuş mənbə:
https://nataliaprahova.ru/soveti-psihologa/psixologiya-moralnyx-cennostej/

Monday, June 8, 2020

A213.2

Continuation:
One of the most important characteristics of a human is that he is a social being. On this basis, man is constantly interacting with the world around him, including society. There are generally accepted rules governing these relationships to ensure common interests in these relationships.
These rules work in both written and unwritten form. These are the rules that some schools use when speak about morality.
The existence of such a material and spiritual coordination system allows:
to evaluate his actions from the point of view of generally accepted morality;
as well as to form his own cognition and upbringing.

Source used:
https://nataliaprahova.ru/soveti-psihologa/psixologiya-moralnyx-cennostej/

A213.1

Ardı:
İnsanın ən mühüm xüsusiyyətlərindən biri onun sosial varlıq olmasıdır. Bu əsasda insan onu əhatə edən ətraf aləmlə, o cümlədən cəmiyyətlə daim qarşılıqlı əlaqədədir.  Bu münasibətlərdə ortaq maraqların təmin olunması üçün bu qarşılıqlı əlaqələri tənzimləyən ümumi qəbul edilən qaydalar mövcuddur.
Bu qaydalar həm yazılı, həm də  yazılmamış şəkildə işləyir. Bir sıra məktəblər tərəfindən əxlaq deyəndə məhz həmin qaydalar nəzərdə tutulur.
Belə bir maddi və mənəvi koordinasiya sisteminin mövcudluğu:
insana öz hərəkətlərini ümumiyyətlə qəbul edilmiş əxlaq nöqteyi-nəzərindən qiymətləndirməyə;
eləcə də öz idrak və tərbiyəsini formalaşdırmağa
imkan verir.

İstifadə olunmuş mənbə:
https://nataliaprahova.ru/soveti-psihologa/psixologiya-moralnyx-cennostej/

A212.2

Continuation:
What is meant by moral values? Psychologists usually begin their professional counsultations with this question.
Moral values can be compared with a coordinate system. Such a coordinate system where events and processes can be evaluated and compared with the questions "is it good or bad", "is it well or evil", "is it right or wrong".
At the same time, with the help of this "mold" we can find answers to the above questions about the intentions and behavior of various individuals and institutions.
As a result, the accepted moral values lead the way in various choices and ensure the formation of relationships.

Source used:
https://nataliaprahova.ru/soveti-psihologa/psixologiya-moralnyx-cennostej/

A212.1

Ardı:
Mənəvi dəyərlər deyildikdə nə başa düşülməlidir? Adətən psixoloqlar özlərinin peşəkar məsləhətlərinə bu sual ilə başlayırlar.
Mənəvi dəyərləri koordinat sisteminə bənzətmək olar. Elə bir koordinat sistemi ki, burada hadisə və prosesləri “yaxşıdırmı, pisdirmi”, “xeyirdirmi, şərdirmi”, “doğrudurmu, yanlışdırmi” sualları ilə qiymətləndirmək, müqayisə etmək mümkündür.
Eyni zamanda bu “qəlib”in köməyi ilə müxtəlif şəxslərin və institutların niyyət və davranışları barədə yuxarıda qeyd olunan suallara cavablar tapa bilirik.
Nəticə etibarilə, qəbul edilmiş mənəvi dəyərlər müxtəlif seçimlər zamanı yol göstərir, münasibətlərin formalaşmasını təmin edir.

İstifadə olunmuş mənbə:
https://nataliaprahova.ru/soveti-psihologa/psixologiya-moralnyx-cennostej/

A211.2

Continuation:
One of the most important issues in determining personal values is to categorize the whole list of values.
In a number of sources, a list of values is presented in the following categories:
Development values
Material values
Values related to self-expression, destiny, life goals
Value choices by category should be approached freely, that is, as sincerely as possible.
Source used:
https://goal-life.com/page/person/cennosti-zhizni

A211.1

Ardı:
Şəxsi dəyərləri müəyyənləşdirmək üçün mühüm olan məsələlərdən biri bütövlükdə dəyərlər siyahısını kateqoriyalara bölməkdir.
Bir sıra mənbələrdə dəyərlər siyahısı aşaıdakı kateqoriyalar kəsimində təqdim olunur:
İnkişaf dəyərləri
Maddi/material dəyərlər
Özünüifadə, tale, həyat məqsədləri ilə bağlı dəyərlər
Kateqoriyalar üzrə dəyər seçimlərinə sərbəst şəkildə, yəni maksimum dərəcədə səmimi yanaşmaq lazımdır.

İstifadə olunmuş mənbə:
https://goal-life.com/page/person/cennosti-zhizni