Mənəvi dəyərlər deyildikdə nə başa düşülməlidir? Adətən psixoloqlar özlərinin peşəkar məsləhətlərinə bu sual ilə başlayırlar.
Mənəvi dəyərləri koordinat sisteminə bənzətmək olar. Elə bir koordinat sistemi ki, burada hadisə və prosesləri “yaxşıdırmı, pisdirmi”, “xeyirdirmi, şərdirmi”, “doğrudurmu, yanlışdırmi” sualları ilə qiymətləndirmək, müqayisə etmək mümkündür.
Eyni zamanda bu “qəlib”in köməyi ilə müxtəlif şəxslərin və institutların niyyət və davranışları barədə yuxarıda qeyd olunan suallara cavablar tapa bilirik.
Nəticə etibarilə, qəbul edilmiş mənəvi dəyərlər müxtəlif seçimlər zamanı yol göstərir, münasibətlərin formalaşmasını təmin edir.
İstifadə olunmuş mənbə:
https://nataliaprahova.ru/soveti-psihologa/psixologiya-moralnyx-cennostej/
No comments:
Post a Comment