Ardı:
İlkin səbəbiyyətə münasibətdə filosof və mütəfəkkirlər tərəfindən tarix boyu fərqli yanaşmalar təqdim olunmuşdur. Bu dünyagörüşlərinin bir qismi müəyyən zaman kəsiyində təşəkkül tapıb, özündən sonrakı ardıcılları tərəfindən inkişaf etdirilib. Əlbəttə ki, digər bir qismi tənəzzülə uğrayaraq daha güclü alternativlərinin fonunda aradan gediblər.
Hələ də mövcudluğunu davam etdirən, yəni tərəfdarlarını qoruyub saxlaya bilən dini, fəlsəfi cərəyanlarda və təlimlərdə ilkin səbəbiyyət, eləcə də ona gedən yollar barədə rəngarəng yanaşmalara, dünyagörüşünə rast gəlirik. Lakin, bu rəngarənglik təkcə fərqliliyi deyil, bir çox hallarda vəhdəti, eyniliyi təcəssüm etdirir.
İstifadə olunmuş mənbə:
https://az.wikipedia.org/wiki/H%C9%99qiq%C9%99t
No comments:
Post a Comment