Ardı:
Kantın irəli sürdüyü “noumen” ifadəsi Azərbaycan dilində “özündəşey” və ya “nəsnə” kimi də işlədilir. Həmçinin “nəsnə” ifadəsi adətən “şey”, “cisim” ifadələrinin sinonimi olaraq da işlədilir.
Alman filosofu haqlı olaraq göstərir ki, bir şeyi təcrübə və ya duyğularla bilmək hələ onun mahiyyətini tam anlamaq, dərk etmək demək deyil.
Burada belə bir sual meydana çıxır ki, əgər belədirsə, onda necə olur ki, insan təcrübə və duyğularla obyektiv biliklər qazana bilir?
Kant bunu anlayışların transendantlığı sayəsində mümkün hesab edir.
İstifadə olunmuş mənbə:
https://az.wikipedia.org/wiki/%C4%B0mmanuel_Kant
No comments:
Post a Comment