Wednesday, June 29, 2022

A415.2

Continuation:

Philosophers rightly point out that Tusi's ontological ideas (philosophical knowledge of existence) are still relevant today.

Scientific and philosophical works on the essence of reality, as well as attempts to solve scientific problems on the understanding of the universe are the peculiarities of Nasreddin Tusi's philosophy.

Modern philosophers must make good use of such inexhaustible scientific resources and develop these ideas in the right direction.

Source used:

http://www.anl.az/down/meqale/palitra/2019/mart/01.htm


A415.1

Ardı:

Haqlı olaraq fəlsəfə tədqiqatçıları qeyd edirlər ki, Tusinin irəli sürdüyü ontoloji ideyalar (varlıq haqqında fəlsəfi biliklər) müasir dövrdə də öz əhəmiyyətini saxlayır. 

Gerçəkliyin mahiyyətinə dair elmi-fəlsəfi əsərləri, habelə varlıq aləminin dərk olunması barədə elmi problematikanın həlli cəhdləri Nəsrəddin Tusi fəlsəfəsinin özünəməxsus xüsusiyyətləridir. 

Müasir filosoflar bu cür tükənməz elmi sərvətlərindən layiqincə istifadə etməli, bu ideyaları doğru istiqamətdə inkişaf etdirməlidirlər. 

İstifadə olunmuş mənbə:

http://www.anl.az/down/meqale/palitra/2019/mart/01.htm


Monday, June 27, 2022

A414.2

Continuation:

Thus, the great thinker, philosopher Nasreddin Tusi made a great contribution not only to philosophical topics, but also to a number of other fields of science.

He has also developed encyclopedic knowledge and training in his field. It should be noted in particular that all this took place in the XIII century, when there was a struggle of conflicting ideas.

Source used:

http://www.anl.az/down/meqale/palitra/2019/mart/01.htm


A414.1

Ardı:

Beləliklə, böyük mütəfəkkir, filosof Nəsirəddin Tusi təkcə fəlsəfi mövzulara aid deyil, eyni zamanda bir sıra digər elm sahələrinə də böyük əmək sərf etmiş, töhfəsini vermişdir. 

O, məşğul olduğu sahələrdə həm də ensiklopedik xüsusiyyət daşıyan bilik və təlimlər meydana gətirmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, bütün bunlar ziddiyyətli ideya mübarizəsinin mövcud olduğu dövrdə - XIII əsrdə baş vermişdir.

İstifadə olunmuş mənbə:

http://www.anl.az/down/meqale/palitra/2019/mart/01.htm


Wednesday, June 22, 2022

A413.2

Continuation:

Philosophers note that N. Tusi:

- investigated the question of the presence of their elements in the ratio of matter and form to each other;

- put forward the idea that matter and form are interconnected and cause each other, and further advanced the teachings of Arisrotel on this subject;

- stated that matter, after the destruction of a form, maintains its existence in a newly formed form.

Source used:

http://www.anl.az/down/meqale/palitra/2019/mart/01.htm


A413.1

Ardı:

Fəlsəfə tədqiqatçıları qeyd edirlər ki, N.Tusi:

- materiya və formanın bir-birinə olan nisbətində onların ünsürlərinin mövcud olub-olmaması məsələsini araşdırmışdır;

- materiya ilə formanın bir-birinə bağlı olması və bir-birinin səbəbi olması ideyasını irəli sürmüşdür və bu mövzuda Arisrotelin təlimlərini daha da qabağa aparmışdır;

- bildirmişdir ki, materiya bir formanın məhvindən sonra yeni yaranmış formada öz mövcudluğunu qoruyub saxlayır. 

İstifadə olunmuş mənbə:

http://www.anl.az/down/meqale/palitra/2019/mart/01.htm


Monday, June 20, 2022

A412.2

 

Continuation:

According to philosophers, N.Tusi:

- called form a manifestation of matter;

- noted that matter precedes form in time;

- developed Aristotle's ideas about the relationship between matter and form.

The philosopher put forward the idea that the time interval between matter and its existence as the substances of a possible being is very small.

Source used:

http://www.anl.az/down/meqale/palitra/2019/mart/01.htm


A412.1

Ardı:

Fəlsəfə tədqiqatçılarına görə N.Tusi:

- formanı materiyanın təzahürü adlandırmış;

- materiyanın zamanca formadan əvvəl olmasını qeyd etmiş;

- materiya ilə formanın bir-birinə bağlılığı barəsində Aristotelin ideyalarını inkişaf etdirmişdir.

Filosof mümkün varlığın substansiyaları olan materiya və onun mövcudluğu arasındakı zaman məsafəsinin çox az olması ideyasını irəli sürmüşdür.

İstifadə olunmuş mənbə:

http://www.anl.az/down/meqale/palitra/2019/mart/01.htm


Thursday, June 16, 2022

A411.2

Continuation:

Philosophers note that Tusi, like other Eastern Aristotelians, was ideologically inclined to both materialism and idealism.

It is believed that the thinker, by hesitating in the midst of this dual position, in fact tended to both, but did not propagate any current consistently and unequivocally. Tusi commented on the idea that form or matter was the first in terms of time, and commented on this topic from a dialectical point of view.

Source used:

http://www.anl.az/down/meqale/palitra/2019/mart/01.htm


A411.1

Ardı:

Fəlsəfə tədqiqatçıları belə qeyd edirlər ki, N.Tusi də digər Şərq Aristotelçiləri kimi ideoloji olaraq həm materializm, həm də idealizm cərəyanlarına tərəf meyil etmişdir. 

Hesab olunur ki, mütəfəkkir bu ikili mövqe tərarasında tərəddüd etməklə əslində hər ikisinə doğru meyl etmişsə də heç bir cərəyanı davamlı və birmənalı təbliğ etməmişdir. Tusi formanın, yaxud materiyanmı zaman cəhətdən ilk olması fikrinə münasibət bildirmiş, bu mövzunun dialektik aspektdən şərhini vermişdir.

İstifadə olunmuş mənbə:

http://www.anl.az/down/meqale/palitra/2019/mart/01.htm


Monday, June 13, 2022

A410.2

Continuation:

According to philosophers, Tusi came up with the idea that the form of something must first be located in the nafs.

The philosopher put forward peripatetic ideas about the indivisibility of matter and form, and scientifically explained these issues on a fundamental basis. It was noted that Tusi, who gave a true interpretation of matter and form, took advantage of the religious ideology of the time and praised the basic sources of idealism.

Source used:

http://www.anl.az/down/meqale/palitra/2019/mart/01.htm


A410.1

Ardı:

Fəlsəfə tədqiqatçılarına görə, Tusi hər hansı bir şeyin formasının əvvəlcə nəfsdə yerləşməsi ideyasını irəli sürmüşdür.

Filosof materiya ilə formanın ayrılmazlığı və bölünməzliyi haqqındakı peripatetik ideyaları irəli sürərək bu məsələlələri fundamental əsasda elmi cəhətdən izah etmişdir. Qeyd olunmuşdur ki, materiya və formanın gerçək şərhini verən Tusi dövrün dini ideologiyasından bəhrələnərək idealizmin təməl qaynaqlarını tərənnüm etmişdir.

İstifadə olunmuş mənbə:

http://www.anl.az/down/meqale/palitra/2019/mart/01.htm


Thursday, June 9, 2022

A409.2

Continuation:

Philosophers note that Tusi's ideas about matter and form are antipodic.

It is said that Tusi explains matter and form from a materialist point of view in his works "Akhlaqi-Nasiri" and "Asas al-iq-tibas". At the same time, in the works of the philosopher "Proof of Importance", "Algebra and Destiny" there is an explanation of these concepts from an idealistic worldview.

It is emphasized that there is a certain contradiction in N. Tusi's views on the sequence of existence of matter and form.

Source used:

http://www.anl.az/down/meqale/palitra/2019/mart/01.htm


A409.1

Ardı:

Fəlsəfə tədqiqatçıları tərəfindən qeyd olunur ki, N.Tusinin materiya və forma haqqındakı ideyaları antipodik xarakterlə malikdir.

Bildirilir ki, Tusi “Əxlaqi-Nasiri” və “Əsas əl-iq-tibas” əsərlərində materiya və formanı materialist aspektdən izah edir. Eyni zamanda, filosofun “Vacibin isbatı”, “Cəbr və qədr” əsərlərində bu konsepsiyaların idealist dünyagörüşündən izahına rast gəlinir.

Belə vurğulanır ki, N.Tusinin materiya və formanın mövcudiyyət ardıcıllığı barədə mülahizələrində müəyyən ziddiyyət vardır.

İstifadə olunmuş mənbə:

http://www.anl.az/down/meqale/palitra/2019/mart/01.htm


Tuesday, June 7, 2022

A408.2

Continuation:

According to the criterion of superiority, N. Tusi considers the last, evolutionary point of one degree as the beginning, the first limit of another degree. Explains the matter between the two degrees as transition matter.

According to the philosopher, matter from minerals is established as a result of dialectical development in man, the noble and pearl of the universe.

Human beings, who are equal in all their mineral and plant forms due to their characteristics, are closer to the original cause, the most important being, as the most honorable of the living worlds.

Source used:

http://www.anl.az/down/meqale/palitra/2019/mart/01.htm


A408.1

Ardı:

N.Tusi üstünlük meyarına görə bir dərəcənin sonuncu, təkamül nöqtəsini, başqa bir dərəcənin başlanğıcı, ilk həddi kimi qəbul edir. İki dərəcə arasında olan materiyaları isə keçid materiyaları kimi izah edir. 

Filosofa görə, minerallardan olan materiya kainatın əşrəfi və incisi olan insanda dialektik inkişafın nəticəsi kimi bərqərar olur. 

Xüsusiyyətlərinə görə bütün mineral və bitki formalarına bərabər olan insan canlı aləmin ən şərəfətlisi kimi vacib varlığa, ilkin səbəbə daha yaxındır.

İstifadə olunmuş mənbə:

http://www.anl.az/down/meqale/palitra/2019/mart/01.htm


Monday, June 6, 2022

A407.2

Continuation:

According to Tusi, the animal world is superior to the plant world, which is superior to minerals.

Of all the matter on earth, the most honorable and most perfect belongs to man. The philosopher not only explained this advantage with honor, but also suggested that man is structurally more complex than the other.

In general, he noted that intelligent beings possess superior matter.

Source used:

http://www.anl.az/down/meqale/palitra/2019/mart/01.htm


A407.1

Ardı:

N.Tusiyə görə, heyvanat aləmi bitki aləmindən, o da minerallardan daha üstündür. 

Yer üzündəki mövcud olan bütün materiyaların ən şərəflisi və ən kamili isə insana aiddir. Filosof bu üstünlüyü təkcə şərəflə izah etməmiş, insanın quruluş etibarilə digərindən mürəkkəb olması fikrini irəli sürmüşdür.

Ümumilikdə qeyd etmişdir ki, dərrakəyə məxsus olan canlılar digərindən üstün materiyaya malikdirlər. 

İstifadə olunmuş mənbə:

http://www.anl.az/down/meqale/palitra/2019/mart/01.htm


Wednesday, June 1, 2022

A406.2

Continuation:

It is noted that all the substances of nature have a spiritual essence, that is, a “hayula”. In this respect, one of them is not superior to the other.

When the elements interact, the equality created by the first matter disappears. Thus, there is a mismatch between the substances of the body in nature.

N. Tusi confirms Ibn Sina's views in this regard and approaches the subject from the point of view of differences between materials.

Source used:

http://www.anl.az/down/meqale/palitra/2019/mart/01.htm


A406.1

Ardı:

Qeyd olunur ki, bütün təbiət maddələrinin bir mənəvi mahiyyəti, yəni həyuləsi vardır. Bu baxımdan onların biri digərindən üstün deyildir. 

Ünsürlər qarşılıqlı əlaqəyə girdiyi zaman isə ilk materiyanın yaratdığı bərabərlik aradan gedir. Beləliklə, xarakter etibarilə cismin maddələri arasında uyğunsuzluq yaranır. 

N.Tusi İbn Sinanın bununla bağlı fikirlərini təsdiqləyir və mövzuya materiyalar arasında fərq olması aspektindən yanaşır.

İstifadə olunmuş mənbə:

http://www.anl.az/down/meqale/palitra/2019/mart/01.htm