Wednesday, July 27, 2022

A424.2

Continuation:

As in the works of many classics, in Nasimi's creations, clothing is presented as a symbol of impermanence, mortality, changeability.

The mentioned idea is a sign that this world is impermanent, transient, essentially a exam game. Some literary researchers express this simile as a manifestation element of games and illusions, an artistic sign with fantastic emotionality.

It is noted that if this were not the case, Nasimi would not have depicted the world in colorful clothes...

Source used: anl.az


A424.1

Ardı:

Bir çox klassiklərin əsərlərində olduğu kimi Nəsimi yaradıcılığında da libas, paltar ötərilik, fanilik, dəyişgənlik simvolu kimi təqdim olunur. 

Qeyd olunan ideya bu dünyanın fani, keçici olmasına, mahiyyət etibarilə bir imtahan oyunu olmasına işarədir. Bəzi ədəbiyyat tədqiqatçıları bu bənzətməni  oyun və aldanışların təzahür elementi, fantastik emosionallığa malik bədii işarə kimi ifadə edirlər.

Qeyd edilir ki, əgər belə olmasaydı Nəsimi dünyanı rəngarəng geyimli təsvir etməzdi...

İstifadə olunmuş mənbə: anl.az


Monday, July 25, 2022

A423.2

Continuation:

Nasimi's works are widely distributed in the form of manuscripts, and those copies are preserved in a number of prestigious libraries around the world.

Also, many works of the great poet have been published from time to time, and researches have been conducted on his creativity.

The 600th anniversary of Imadedin Nasimi's birth was celebrated worldwide in 1973 by the decision of UNESCO.

On the occasion of the 650th anniversary of the poet-philosopher's birth, 2019 was declared the "Year of Nasimi" in Azerbaijan.

Source used: anl.az


A423.1

Ardı:

Nəsiminin əsərləri əlyazma şəklində geniş yayılmış və həmin nüsxələr dünyanın bir sıra mötəbər kitabxanalarında qorunur.

Həmçinin böyük şairin xeyli əsərləri zaman-zaman çap edilmiş, yaradıcılığı barədə tədqiqatlar aparılmışdır. 

İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi YUNESKO-nun qərarı ilə 1973-cü ildə dünya miqyasında qeyd olunmuşdur.

Şair filosofun anadan olmasının 650 illiyi münasibətilə 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunmuşdur.

İstifadə olunmuş mənbə: anl.az


Thursday, July 21, 2022

A422.2

Continuation:

I. Nasimi's works played an important role in the development of national poetry and literature. The work of the philosopher-poet had a significant impact on the formation of artists such as Shah Ismayil Khatai, Muhammad Fuzuli, Molla Panah Vagif.

Also, Nasimi's creativity is generally related to Anatolian Turks, Turkmen, Uzbeks, etc. He also made a powerful contribution to the strengthening of the literature of other Turkic peoples.

Source used: anl.az


A422.1

Ardı:

İ.Nəsiminin əsərləri milli şeiriyyətin, ədəbiyyatın inkişafında mühüm rol oynamışdır. Filosof şairin yaradıcılığı Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif kimi sənətkarların formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.

Həmçinin Nəsiminin yaradıcılığı ümumilikdə anadolu türkləri, türkmən, özbək və s. kimi digər türk xalqlarının ədəbiyyatının güclənməsinə də qüvvətli töhfə vermişdir. 

İstifadə olunmuş mənbə: anl.az


Tuesday, July 19, 2022

A421.2

Continuation:

Imadaddin Nasimi wrote beautiful “mulamma”s (a form of poetry in which each line or verse is written in different languages) in three languages.

In his poems, he expressed his philosophical ideas, thoughts about life and the universe in a concise and logical language.

According to writers, Nasimi's works are original and rich in artistic structure and content.

The poet's works gained wide fame in the East during his lifetime.

Source used: anl.az


A421.1

Ardı:

İmadəddin Nəsimi üç dildə gözəl müləmmələr (hər misrası, yaxud beyti başqa-başqa dillərdə yazılmış şeir forması) yazmışdır. 

O, yazdığı şeirlərdə fəlsəfi ideyalarını, həyat və kainat haqqında düşüncələrini yığcam və məntiqi bir dildə ifadə etmişdir.

Ədəbiyyatçılara görə Nəsiminin əsərləri bədii quruluş və məzmunca orijinaldır, zəngindir. 

Şairin əsərləri hələ sağlığında Şərqdə geniş şöhrət qazanmışdır.

İstifadə olunmuş mənbə: anl.az


Sunday, July 17, 2022

A420.2

Continuation:

According to philosophy and literature researchers, the literary and artistic creativity of Imadaddin Nasimi defines an important stage in the development of the national literary language and poetry.

In this regard, the study of Nasimi's literary heritage has an exceptional importance in studying the historical development of the language. The poet's works made an important contribution to the improvement of poetry in terms of its form, to the adaptation of the “aruz” to the characteristics of the language.

Source used: anl.az


A420.1

Ardı:

Fəlsəfə və ədəbiyyat tədqiqatçılarının fikrinə görə İmadəddin Nəsiminin ədəbi-bədii yaradıcılığı milli ədəbi dilin və poeziyanın inkişafında mühüm bir mərhələni müəyyən edir.

Bu xüsusda Nəsiminin ədəbi irsinin tədqiqinin dilin tarixi inkişafını öyrənməkdə də müstəsna əhəmiyyəti vardır. Şairin əsərləri şerin forma etibarilə təkmilləşməsinə, əruz vəzninin bəhrlərinin dilin xüsusiyyətlərinə uyğunlaşmasına mühüm töhfə vermişdir.

İstifadə olunmuş mənbə: anl.az


Wednesday, July 13, 2022

A419.2

Continuation:

Nasimi, who is considered a lyrical poet, started her literary career with love poems. In the later stages of his literary creativity, the genius thinker deeply analyzed the moral, social, and political issues of his time and created works on those topics. According to literary researchers, the poet conveyed to the reader his ideas about society, which are politically dangerous to express openly, in the form of love and nature descriptions.

Imamdaddin Nasimi is the first poet in the history of literature to write a philosophical ghazal (kind of eastern poem) in the Azerbaijani language.

Source used: anl.az


A419.1

Ardı:

Lirik şair hesab olunan Nəsimi ədəbi fəaliyyətinə sevgi şeirlərilə başlamışdır. Ədəbi yaradıcılığının sonrakı mərhələlərində isə dahi mütəfəkkir zəmanəsinin əxlaqi, ictimai, siyasi məsələlərini dərindən təhlil edərək qələmə almış, həmin mövzularda əsərlər yaratmışdır. Ədəbiyyat tədqiqatçılarına görə şair cəmiyyət haqqında açıq ifadə olunması siyasi baxımdan təhlükəli olan ideyalarını sevgi, təbiət təsvirləri formasında oxucuya çatdırmışdır.

İmamdəddin Nəsimi ədəbiyyat tarixində Azərbaycan dilində fəlsəfi qəzəl yazan ilk şair kimi tatnınır.

İstifadə olunmuş mənbə: anl.az


Thursday, July 7, 2022

A418.2

Continuation:

I.Nasimi's teacher F.Naimi was executed in 1394 for his philosophical and literary views and teachings.

After that, following the will of his master, Nasimi first traveled to Tabriz, and then to the territory of present-day Turkey. The poet-philosopher is engaged in propagating the ideas of Hurufism in those countries. He was repeatedly arrested for these preachings and teachings.

Nasimi lived the last years of his life in the present Syrian territory of Aleppo. The religious ideas of the thinker were not properly understood by his contemporaries, and according to historical sources, he was flayed alive by the order of the Egyptian sultan and the fatwa of the clergy.

Source used: anl.az


A418.1

Ardı:

İ.Nəsiminin müəllimi F.Nəimi fəlsəfi-ədəbi baxışlarına, təlimlərinə görə 1394-cü ildə edam olunur.

Bundan sonra Nəsimi ustadının vəsiyyətnaməsinə əməl edərək öncə Təbrizə, daha sonra indiki Türkiyə ərazisinə müsafirət edir. Şair filosof həmin diyarlarda hürufilik ideyalarının təbliği ilə məşğul olur. Bu təbliğ və təlimlərə görə dəfələrlə həbs olunur.

Nəsimi ömrünün son illərini indiki Suriya ərazisi Hələbdə yaşamışdır. Mütəfəkkirin dini ideyaları müasirləri tərəfindən düzgün dərk olunmamış, tarixi mənbələrə görə Misir sultanının əmri və ruhanilərin fitvası ilə diri-diri dərisi soyulmaqla adam olunmuşdur.

İstifadə olunmuş mənbə: anl.az


Tuesday, July 5, 2022

A417.2

Continuation:

At the end of the 14th century, I.Nasimi was in contact with organizations with a “hurufi” ideology that were widespread in the territory of present-day Azerbaijan. The philosopher-poet has mastered the philosophical teachings of Fazlullah Naimi, the founder of the “hurufi” ideology.

After that, Nasimi started promoting the ideas of the mentioned school in his poems.

Thus, Seyid Ali took the pseudonym "Nasimi", which sounds harmoniously with the pseudonym of his master Naimi.

Source used: anl.az


A417.1

Ardı:

İ.Nəsimi XIV əsrin sonlarında indiki Azərbaycan ərazisində geniş yayılmış hürufi ideologiyalı təşkilatlarla əlaqədə olmuşdur. Filosof şair hürufi ideologiyasının banisi Fəzlullah Nəiminin fəlsəfi təlimlərinə yiyələnmişdir. 

Bundan sonra Nəsimi şeirlərində sözügedən məktəbin fikirlərini təbliğ etməyə başlamışdır. 

Beləliklə, Seyid Əli ustadı Nəiminin təxəllüsü ilə həmahəng səslənən "Nəsimi" təxəllüsünü götürmüşdür.

İstifadə olunmuş mənbə: anl.az


Sunday, July 3, 2022

A416.2

Continuation:

Imadeddin Nasimi's philosophical cognition

Azerbaijani thinker, poet Seyid Ali Seyid Mahammad oglu Imameddin Nasimi was born in 1369 in Shamakhi and died in 1417 in Aleppo. He is known as the poet and philosopher Imadeddin Nasimi.

Nasimi, who knew the knowledge of the time such as mathematics, logic, astronomy, history, received his first education in Shamakhi.

Nasimi, who promoted the philosophical views of Hallaj Mansur Husseini (who was strangled in Baghdad in the 10th century) at the beginning of his career, wrote his first poems under the pseudonym "Husseini".

Source used: anl.az


A416.1

İmadəddin Nəsiminin fəlsəfi idrakı

Azərbaycan mütəfəkkiri, şairi Seyid Əli Seyid Məhəmməd oğlu İmaməddin Nəsimi 1369-cu ildə Şamaxı şəhərində anadan olmuş, 1417-ci ildə Hələb şəhərində edam edilməklə vəfat etmişdir. Şair, filosof  İmadəddin Nəsimi adı ilə məşhurdur. 

Riyaziyyat, məntiq, astronomiya, tarix kimi dövrün biliklərinə vaqif olan Nəsimi ilk təhsilini Şamaxıda almışdır.

Yaradıcılığının əvvəllərində Həllac Mənsur Huseyninin (X əsrdə Bağdad şəhərində dara çəkilmişdir) fəlsəfi baxışlarını təbliğ edən Nəsimi ilk şerlərini "Hüseyni" təxəllüsü ilə yazmışdır.

İstifadə olunmuş mənbə: anl.az