Thursday, June 8, 2023

A516.1

Platonun aforizmləri

Platon deyirdi:

  “Yoxsulluq var-dövlətin azlığı yox, tamahın çoxluğu deməkdir”.

  “Düşdüyü çətin anlara görə insan taleyini, tanrıları, kimi desən günahlandırmağa hazırdır, bircə özündən başqa”.

  “Demokratiyadan tiranlıq doğulur”.

  “Varlı insanlar pula, şairlər əsərlərini, atalar övladlarını sevdikləri kimi yanaşırlar. Onlar pula digər insanlar kimi ehtiyacları ödəmək vasitəsi kimi yox, sanki yaradıcılıqlarının məhsulu olan əsər kimi münasibət bəsləyirlər”.

İstifadə olunmuş mənbə: aztc.gov.az


No comments:

Post a Comment