Thursday, March 28, 2013


16-th topic. Marxism - extension

Alternative economic ideology

According to Marxism, the leading power of the society is proletariat and that abolish the private property. For that, the proletariat should be armed with the new economic-philosophical ideas. Because, composing of scientifically new economic system is necessary for the proletariat.

This ideological school presents private property criticism jointly with confiscation ideas and shows the contradiction between rich and poor as a result of private properties development.

Marx’s and Engels’s approaches to the historical development processes from the dialectical materialism’s point of view present that, need for the communism arises from the development of the history, not from the fatalism or abstract imagination.

Marx’s economic concept is based on the ideology. At least, this ideological way that based on cognition was able to carry the economic system.

The cardinal defect of this ideology is that, this ideology ignores some main human rights in the economic processes and this impedes sustainable development of economic system that based on that ideology. For example, this ideological economy ignores private property and free trade that stay in the base of economic relations. Thus, by this way the Marxist economy deprived itself from the main motive elements of the economic system.

The Marxist theory proved that, every ideology has the power to move the economic system even it is weak and unjust. Perhaps, it was the greatest contribution of Marxist school for economic science.

To be continued...

 
Some materials were used from the book of “The history of economic studies” published under  editing by M.Meybullayev

Aghanemat Aghayev

16-cı mövzu. Marksizm - ardı

Alternativ iqtisadi ideologiya

Marksizmə görə, cəmiyyətin aparıcı qüvvəsi proletariatdır və o, xüsusi mülkiyyəti ləğv edə bilər. Bunun üçün isə proletariatı yeni iqtisadi-fəlsəfi ideyalarla silahlandırmaq lazımdır. Çünki, proletariat üçün yeni bir iqtisadi elmi sistemin yaradılması zəruridir.

Bu ideoloji məktəb xüsusi mülkiyyətin tənqidini özgəninkiləşdirilmə ideyası ilə əlaqədə verərək varlılar və yoxsullar arasında olan əkslikləri xüsusi mülkiyyətin inkişafı nəticəsi kimi göstərir.

Həm Marksın, həm də Engelsin tarixi inkişaf prosesinə dialektik materializm nöqteyi-nəzərindən yanaşması o demək idi ki, kommunizmə zərurət fatalizm, yəni abstrakt təxəyyüllərdən deyil, tarixin konkret inkişafından irəli gəlir.

Marksın iqtisadi təlimi ideologiyanın üzərində qurulmuşdur. Nə də olmasa, bu idoloji xətt bir dünya görüşünə, idraka əsaslandığı üçün iqtisadi sistemi öz arxası ilə apara bilmişdir.

Lakin, bu idologiyanın ən böyük qəbahəti ondadır ki, o, insanın bəzi təbii, təməl haqlarını iqtisadi proseslərdə istisna edirdi. Bu isə həmin ideologiya üzərində qurulmuş iqtisadi sistemin dayanıqlı inkişafına mane oldu. Məsələn, iqtisadi münasibətlərin bazisində duran xüsusi mülkiyyəti və ona əsaslanan sərbəst ticarəti inkar edən bu idoloji iqtisadiyyat özünü əsas hərəkətverici elementdən məhrum etmişdir.

Marksist nəzəriyyə sübut etdi ki, ideologiya hətta zəif və qeyri-ədalətli də olsa iqtisadi sistemi hərəkətə gətirmək gücünə malikdir. Bəlkə də Marksizm məktəbinin iqtisad elminə ən böyük töhfəsi məhz bu olmuşdur.

Ardı var…

 

Materialda M.X.Meybullyevin red. ilə 2002-ci ildə ç.o. “İqtisadi təlimlər tarixi” kitabının məlumatlarından istifadə olunmuşdur.

Ağanemət Ağayev

Tuesday, March 26, 2013


15-ci mövzu. Marksizm

Karl Henrix Marks

Prussiya-alman filosofu, sosioloq, tarixçi, jurmalist, iqtisadçı, ən nəhayət inqilabçı sosialist Karl Henrix Marks (1818–1883) bütün zamanların ən böyük iqtisadçılarından biri olmuşdur. Marks bəşər tarixinə ən çox təsir edən simalardan biri kimi xarakterizə olunur. Marksın konsepsiyaları social elmlərin təşəkkül tapmasında, eyni zamanda socialist hərəkatının inkişafında müstəsna rol oynamışdır.

“Kommunist manifesti” və “Kapital” adlı kitabları çap etdirdiyi ən başlıca əsərləridir. Marks öz ideyalarını yaxın dostu olan inqilabçı sosialist Frindix Engels ilə sıx əməkdaşlıq şəkildə birlikdə işləmişdir.

Onun cəmiyyət, iqtisadiyyat və siyasət haqqında nəzəriyyələrində (ümumilikdə Marksizm kimi tanınan) göstərilir ki, bəşər cəmiyyəti sinfi mübarizənin dialektikasında inkişaf edir. Burada göstərilir ki, istehsal proseslərinə nəzarət edən sahibkar (kapitalist) sinfi ilə istehsalı əməklə təchiz edən proletariat sinfi arasında daim münaqişə mövcuddur.

Marks kapitalizmi “burjuaziyanın diktaturası” adlandırır. O, öz əsərlərində xəbərdarlıq etməyə çalışırdı ki, əvvəlki sosial-iqtisadi sistemlər kimi kapitalizmdə də siniflərarası gərginlik labüddür və bu, sistemin öz-özlüyündə süqutu ilə nəticələnərək onun yeni sistemlə - sosializmlə əvəz olunmasına gətirib çıxaracaqdır.

Marks izah edir ki, sosializm cəmiyyəti “proletariatın hökmranlığı”, “fəhlə dövləti”, yaxud “fəhlə demokratiyası” adlanan işçı qüvvəsi tərəfindən idarə olunacaq. O, inanırdı ki, sosializm özü-özlüyündə, tədricən dövlətsiz, sinifsiz cəmiyyət olan kommunizmlə əvəz olunacaq.

XX əsrdə bir sıra inqilabi sosialist dövlətlər Maksizm konsepsiyasını qəbul etdilər ki, bu da dünya xəritəsində Sovetlət İttifaqı (1922), Çin Xalq Respublikası (1949) kimi nəhəng dövlətlərin yaranmasına gətirib çıxartdı. Həmçinin dünyada çoxlu sayda fəhlə birlikləri və partiyaları da Marksizm ideyalarının təsiri nəticəsinə təşəkkül tapdı.

Ardı var…

Materialda Wikipedianın məlumatlarından istifadə olunmuşdur.

Ağanemət Ağayev

Tuesday, March 19, 2013


“Alimlə şirin söhbət” rubrikası
 
Qonağımız Mərkəzi Avropa Universitetinin məzunu, Hamfri və Fulbrayt proqramlarının təqaüdçüsü, iqtisad üzrə fəlsəfə doktoru Fuad Əliyevdir.

 A.Ağayev:

Fuad müəllim, Sizi elmi platformada salamlamağa çox şadam. Diskussiya Klubumuza xoş gəlmisiniz.

Yazılarınızın birində əxlaq və iqtisadi mənfəət arasında mübahisəni sahibkarlıq etikasının əsas problemi kimi qeyd edirsiniz. Ümumilikdə, əxlaqın iqtisadi davranışa təsiri məsələləri bu gün nə dərəcədə aktualdır?

F.Əliyev:

Ağanemət müəllim, Diskussiya Klubunuza dəvət etdiyiniz üçün minnətdaram. Son qlobal iqtisadi böhran geniş anlamda müasir iqtisadi sisteminin mənəviyyatdan nə dərəcə uzaq düşdüyünü göstrəmişdir. Əslində böhranın əsas səbəblərindən biri də elə əxlaqla bağlı olmuşdur. Yəni, sırf mənfəəti düşünərək iqtisadi davranışı qurmaqla, müxtəlif spekulyativ yollarla, formal qanuni olsa belə, ancaq “bu gün”ü fikirləşməklə, sosial-ekoloji təsirləri nəzərə almamaqla qlobal müstəvidə davamlı inkişafa nail olmaq qeyri-mümkündür.

A.Ağayev:

Hazırda qlobal müstəvidə təşkilati səviyyələrdə etika standartlarının təlim edilməsində məqsəd nədir?

F.Əliyev:

Beynəlxalq səviyyədə şirkətlər anlayırlar ki, “oyun qaydalarına” ehtiyac duyulur. Artıq “qaydasız döyüş” zəmanəsi deyil və bu, həm də şirkətin beynəlxalq imcinə zərər yetirir. Güclü rəqabət şəraitində “kasıb əxlaqlı” şirkət imicinə malik olmaq müqayisəli nöqsanın yaranmasına gətirib çıxarır. Burada həm də güclü vətəndaş cəmiyyəti institutlarının rolu böyükdür. Harada ki, vətəndaş cəmiyyəti daha dayanıqlıdır, biznes sektorunun sosial məsuliyyəti də bir o qədər güclüdür.

 A.Ağayev:

Tədqiqat əsərlərinizin birində qeyd edirsiniz ki, əksər post-sovet ölkələrində etikanın bu günkü böhranı öz köklərilə sovet keçmişinə gedir. Bunu necə izah edərdiniz?

F.Əliyev:

Onu belə izah etmək olar ki, Sovet ideologiyası bir çox ümumbəşəri dəyəri təbliğ və təşviq etməsinə baxmayaraq, materializmə və totalitarizmə söykənən “süni” bir ictimai-siyasi konstruksiya idi. Onun süqutu da, post-Sovet ölkələrində ciddi mənəvi vakuuma gətirib çıxarmışdır. Yəni, əvvəlki dəyərlər sistemi rədd olunmuş, amma yenisi formalaşmamışdır. Bu da “qaydasız döyüş” şəraitinə gətirib çıxardı, ona qədərki bütün dəyərlər alt-üst oldu. Sovetin “Allahsız din”i Allahsız olduğuna görə, tab gətirə bilmədi. Bunun əziyyətini biz indiyə qədər çəkirik.

A.Ağayev:

Etika mövzularında sosial reklam kampaniyalarını nə dərəcədə faydalı hesab edirsiniz?

F.Əliyev:

Qeyd etdiyimiz kimi, bu sahədə ictimai təşkilatların, vətəndaş cəmiyyətinin rolu çox böyükdür. Dünya praktikası da göstərir ki, düzgün planlaşdırılmış və aktiv sosial reklam kampaniyaları çox təsirli olur. Bu, qabaqcıl ictimai seqment kimi biznes sektorunda ciddi keyfiyyət dəyişikliklərinə gətirib çıxarır.

www.aganemat.blogspot.com

Monday, March 18, 2013


15-th topic. Marxism

Karl Heinrich Marx

One of the greatest economists of all time Karl Heinrich Marx (1818 – 1883) was a Prussian-German philosopher, sociologist, historian, journalist, economist, revolutionary socialist. Marx has been described as one of the most influential figures in human history. Marx’s concepts played a significant role in the establishment of the social sciences and the development of the socialist movement.

The books of “The Communist Manifesto” and “Capital” are most notable that he published during lifetime. Marx worked closely with Friedrich Engels - his friend and fellow revolutionary socialist.

His theories about society, economics and politics (collectively known as Marxism) hold that human societies progress through the dialectic of class struggle. There is a conflict between an ownership class that controls production and a proletariat that provides the labor for production.

Marx calls capitalism the "dictatorship of the bourgeoisie". He predicted that, like previous socioeconomic systems, capitalism would inevitably produce internal tensions which would lead to its self-destruction and replacement by a new system - socialism.

Marx argued that under socialism society would be governed by the working class in what he called the "dictatorship of the proletariat", the "workers' state" or "workers' democracy". He believed that socialism would, in its turn, eventually be replaced by a stateless, classless society called communism.

Revolutionary socialist governments espousing Marxist concepts took power in a variety of countries in the 20th century, leading to the formation of such socialist states as the Soviet Union in 1922 and the People's Republic of China in 1949. Many labor unions and workers' parties worldwide were also influenced by Marxist ideas.

To be continued...

Some materials were used from Wikipedia
Aghanemat Aghayev

Friday, March 15, 2013


14-th topic. Classical economics – extension

As a last representative of English classical economics David Ricardo’s economic system (XVIII century), in contrast with A.Smith, is different by its integrity, logical structure and sequence.

Essentially, our approach to A.Smith’s doctrine is appropriate also for Ricardo. Thus, also the Ricardo’s doctrine approaches to economy mainly as a mutual natural action system of demand and supply. These consents don’t approach to rationality of behaviors as a major subject of economic system.

For the Swiss philosopher J.C.L. Sismondi (1773-1842) because of depending on government welfare of the people is object for political economics. Differently from English classics he considers economic relations as natural processes. In this regard, he prefers to manage the economic processes by government.

Sismondi’s doctrine completed with the “Crisis theory”. For this theory, the inconsistency between production and consumption, especially decline of consumption usually results in crisis.

In the Sismondi’s theory presentation of consumption decline as a cause of crisis shows that, this theoretical concept jointly approaches to issues about economic growth and social-economic development. But, this impedes to distinguish the issues about economic growth and social welfare.

“An essay on the principle of population” by Thomas Robert Malthus (XIX century) defined strong relationship between population growth and food reserves. As if, this concept finds the optimal level of population growth. Some economic thinkers consider that, this concept helps to discuss the impact of population changes to economy. Supporters of this concept consider that, in the second half of XIX century and after world wars in the XX century decline in childbirth reduced the interest of economic science on population growth problems.

Also, this theory mainly focuses on issues about inconsistency between resources and needs. But, as a solution way of this problem the concept doesn’t find the ideas about management of behaviors. The concept as a solution way prefers the management of population growth, that is strongly contradicts with social values of humanity. 

Some materials were used from the book of “The history of economic studies” published under  editing by M.Meybullayev

Aghanemat Aghayev

Thursday, March 14, 2013


14-cü mövzu. Klassik iqtisadi nəzəriyyə - ardı

İngilis klassik siyasi iqtisadının sonuncu nümayəndəsi olan David Rikardo (XVIII əsr) iqtisadi sistemi Smitdən fərqli olaraq özünün nisbətən bütövlüyü, məntiqi strukturu və ardıcıllığı ilə seçilir.

Mahiyyət etibarilə A.Smitin təliminə yanaşmamız Rikardo üçün də doğrudur. Belə ki, Rikardonun təlimində də iqtisadiyyata əsasən tələb və təklifin qarşılıqlı təbii hərəkəti sistemi kimi yanaşılır. Davranışların rasionallığı məsələsinə isə iqtisadi sistemin başlıca vəzifəsi kimi baxılmır.

İsveçrəli mütəfəkkir Jan Şarl Leonar Sismondiyə (1773-1842) görə insanların maddi rifahı dövlətdən asılı olduğuna görə siyasi iqtisadın predmetini təşkil edir. İngilis klassiklərindən fərqli olaraq o, təsərrüfatçılığı təbii proses hesab edir. Bu xüsusda  təsərrüfat proseslərinin dövlət tərəfindən yönəldilməsinin zəruriliyini önə çəkir.

Sismondinin iqtisadi təlimi “Böhranlar nəzəriyyəsi” ilə tamamlanır. Bu nəzəriyyəyə görə, iqtisadiyyatda isitehsal və istehlak uyğunsuzluğu, xüsusilə də  istehlakın zəifləməsi böhranlarla nəticələnir.

Sismondinin təlimində istehlakın kifayət qədər olmamasının böhranların səbəbi kimi təqdim edilməsi bir daha göstərir ki, bu nəzəri yanaşmada iqtisadi artım və sosial-iqtisadi inkişaf məsələlərinə qarışıq şəkildə baxılır. Bu isə iqtisadiyyatın artımı ilə cəmiyyətin həqiqi sosial rifahı məsələlərini bir-birindən ayırmağa imkan vermir.

Tomas Robert Maltusun (XIX əsr) “Əhali nəzəriyyəsi” əhali artımı ilə cəmiyyətin ərzaq resursları arasında sərt asılılığı müəyyən etdi. Burada əhalinin guya optimal ölçüləri barədə konsepsiya irəli sürülmüşdür.  Bəzi iqtisad alimləri belə hesab edir ki, bu konsepsiya əhalinin dəyişməsinin iqtisadiyyta təsiri haqqında mühakimə yürütməyə imkan verir. Bu konsepsiyanın tərəfdarları belə hesab edirlər ki, XIX əsrin ikinci yarısında, eləcə də XX əsr dünya müharibələrindən sonra doğumun aşağı düşməsi iqtisad elminin əhali problemlərinə marağını azaltmışdır.

Maltus təlimində də əsas diqqət resurslarla tələbatlar arasında uyğunsuzluğa yönəldilir. Lakin, problemin çıxış yolu kimi davranışların idarə olunması ideyası deyil, bəşəriyyətin sosial dəyərlərinə daban-dabana zidd olaraq əhali artımının idarə olunması önə çəkilir.

Materialda M.X.Meybullyevin red. ilə 2002-ci ildə ç.o. “İqtisadi təlimlər tarixi” kitabının məlumatlarından istifadə olunmuşdur.

Ağanemət Ağayev

Tuesday, March 12, 2013


13-cü mövzu. Klassik iqtisadi nəzəriyyə - ardı

A.Smit özünün əmək-dəyər nəzəriyyəsi ilə bazar iqtisadi sisteminin fəaliyyət mexanizmini açmışdır. Lakin, onu iqtisadi analizinin və ideyalarının dərinliyi merkantilizm və fiziokrat məktəbinin uğurlarını kölgədə qoymaq üçün kifayət edəcək qədərdir. Belə ki, klassik məktəb iqtisadi proseslərin insan davranışı fəlsəfəsi məsələlərinə qədər enməmişdir.

A.Smit hadisələrə cəmiyyətin məhsuldar qüvvələrinin və millətin sərvətinin inkişafı nöqteyi-nəzərindən yanaşmışdır. Bu isə insan inkişafı üçün yalnız giriş parametrlərdir.

İnsana cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi baxan A.Smit qeyd edir ki, insanlar öz mənafelərini güdməklə cəmiyyətin inkişafına, onun məhsuldar qüvvələrinin artmasına şərait yaradırlar. Əgər hər bir fərdə öz mənafeyini, öz qazancını ağıllı surətdə güdmək imkanı verilsə, onda bu, bütün cəmiyyətin sərvətinin artmasını təmin edər.

A.Smitin insanın şəxsi mənafeyini cəmiyyətin inkişafının bazısı kimi görməsi natamam fəsləfi baxışdır. Əslində isə insan, öz qazancını ağıllı surətdə güdsə belə hələ rasionallığa çata bilmir. Çünki, onun iqtisadi maraqları başqalarının eyni maraqları ilə konflikt yarada bilər. Konflikt isə vəhşı davranışların başlanğıcıdır.

Proteksionizmə və inhisarçılığa qarşı olan A.Smit azad ticarətin və iqtisadi azadlığın tərəfdarı olmuşdur. O, kortəbii iqtisadi qüvvələri dövlət qanunlarından güclü hesab edir və iqtisadiyyatda hər şeyi bu iqtisadi qüvvələrin azad oyununun sərəncamına verməyi tövsiyə edirdi.

Bu, o zaman doğru olardı ki, iqtisadi subyektlərin, müəllifin sözü ilə desək, iqtisadi qüvvələrin hər nəfəri rasional (kamil) iqtisadi davranışa malik olaydı.

A.Smit qeyd edirdi ki, kapitalist təsərrüfatının əsas məqsədi mənfəət əldə etməkdir və bu proses bütün cəmiyyətin mənafeyinə uyğundur, çünki şəxsi mənafeyi güdmək son nəticədə bütün cəmiyyət üçün xeyirli olur.

A.Smit burada bir təməl həqiqəti diqqətdən qaçırır. Şəxsi mənafe deyil, məhz ümumbəşəri mənafe güdmək son nəticədə bütün cəmiyyət üçün xeyirli olur və ən əsası da kamil mənafe bütün cəmiyyət üçün daim xeyirli olur.

Materialda M.X.Meybullyevin red. ilə 2002-ci ildə ç.o. “İqtisadi təlimlər tarixi” kitabının məlumatlarından istifadə olunmuşdur.

Ağanemət Ağayev

Monday, March 11, 2013


12-ci mövzu. Klassik iqtisadi nəzəriyyə

Adam Smit, Jan Batist Sey, David Rikardo, Tomas Maltus və Con Stuart Mil dövrünün ilk müasir iqtisadi təfəkkür məktəbi kimi klassik iqtisadi nəzəriyyənin (və ya klassik ekonomiksin) yaradıcılarıdır.

Adam Smitin “Xalqların sərvəti” əsəri (1776) klassik iqtisadi nəzəriyyənin girişi, başlanğıcı hesab olunur.

Klassik iqtisadi nəzəriyyəyə görə, heç bir müdaxilə olmadan bazarlar özlərini tənzimləyirlər. “Görünməz əl” konsepsiyasında Adam Smit hesab edir ki, heç bir kənar müdaxilələr olmadan bazarlar özlərinin təbii tarazlıq səviyyələrini tapmaq xüsusiyyətinə malikdirlər.

Klassik iqtisadi nəzəriyyə üzən qiymətləri hər iki halda – həm əmtəələr, həm də əmək haqqı üzrə öyrənir. Klassik iqtisadi nəzəriyyənin başlıca mülahizələrindən biri Sey qanununa əsaslanır. Bu mülahizəyə görə təklif özünün tələbini formalaşdırır. Belə ki, məcmi istehsal cəmiyyətdə bütün istehsal buraxılışını satın ala biləcək səviyyədə gəlir yaradacaqdır. Burada nağd və ya maliyyə resurslarının xalis yığımı, yaxud xalis xərci meydana gələcəkdir.

Başqa bir mülahizədə deyilir ki, üzən faiz dərəcələri borc bazarında daim tarazlığa malik olacaqdır.

Klassik iqtisadi nəzəriyyədə iqtisadi dinamikaların tədqiqi üçün “Dəyər nəzəriyyəsi” və ya “Qiymət nəzəriyyəsi” təqdim edilir.

Vilyam Petti qiymət tənzimləmələrinin təsvirini asanlaşdırmaq üçün bazar qiyməti ilə təbii qiymət arasında fundamental fərqi təqdim edir. Bazar qiymətləri çoxsaylı qəfil və keçici təsirlərə məruz qalır ki, bu da onların hər hansı mücərrəd səviyyələrinin nəzəri izaha gətirilməsini çətinləşdirir.

Petti, Smit və  Rikardoya görə təbii qiymətlərə sabit və sistematik güclər eyni zamanda təsir göstərir. Bazar qiymətləri isə həmişə təbii qiymətlər ətrafında dövr edir, hansı ki, bu prosesi Smit hardasa cazibə qüvvəsi kimi təsvir edir. Eyni zamanda, klassik iqtisadi məktəbin daxilində belə, təbii qiymətlərin hansı determinantlar əsasında müəyyən olunması ilə bağlı nəzəri baxışlar fərqlənir.

Ardı var…

Materialda Wikipedianın məlumatlarından istifadə olunmuşdur.

Ağanemət Ağayev

Sunday, March 10, 2013


13-th topic. Classical economics – extension

A.Smith explained operational mechanism of market economic system with his “Theory of value”.  But, the intensity of his economic analyzes and ideas enough only to excel the successes of mercantilists and physiocrats. Thus, the classical school didn’t focus on human behaviors philosophy of economic processes.

A.Smith approached to events from the point of view of productive forces and development of public wealth. But, these are only beginning parameters for human development.

A.Smith approached to human as motive force of social development. He wrote that, individual and personal interests at the same time help for public interests and development of productive forces. If we will make chances for individuals to realize their personal interests, we will ensure increase of public wealth. 

Smith’s view about personal interests as a base of social development is incomplete philosophical approach. In fact, even the human realizes his personal interests, this is not sufficient for rationality. Because, even his economic interests are sensibly may make conflict against other’s similar interests. The conflicts of the interests are beginning for the “wild” behaviors.

As a defender of free trade and economic liberty A.Smith was against protectionism and monopolies. He preferred elemental economic forces than government lows and recommended to put all economic forces at free economic game’s disposal.

This approach may be true, when every economic subject is rational in his economic behavior.

Smith wrote that, the main purpose of capitalists is profit and this is harmonic with the interest of all society. Because, seeking benefit by individuals finally is helpful for society at all.

Here, A.Smith misses the attention to very important truth. All personal interests aren’t finally helpful for society. Only personal interests based on perfect behaviors are finally helpful for society at all.

Some materials were used from the book of “The history of economic studies” published under  editing by M.Meybullayev

Aghanemat Aghayev

Wednesday, March 6, 2013


12-th topic. Classical economics

Adam Smith, Jean-Baptiste Say, David Ricardo, Thomas Malthus and John Stuart Mill are major developers of classical economics as the first modern school of economic thought.

Adam Smith's work of “The Wealth of Nations” (1776) is the beginning of classical economics.

Classical economics says that, when free of any intervention the markets regulate themselves. With the concept of “invisible hand” Adam Smith considered that, without requiring any outside intervention the markets will find their natural equilibrium.

Classical economics assumes flexible prices both in the case of goods and wages. As one of the main assumptions of classical economics base on Say's Law. According to this assumption supply creates its own demand. That is, aggregate production will generate an income enough to purchase all the output produced.

There will be net saving or spending of cash or financial instruments. Other assumption says that, flexible interest rates will always maintain equilibrium.

For investigation of economic dynamics classical school developed a “Theory of value”, or “Theory of price”.

William Petty introduced a fundamental distinction between market price and natural price to facilitate the portrayal of regularities in prices. Market prices are jostled by many transient influences that are difficult to theorize about at any abstract level.

Natural prices, according to Petty, Smith, and Ricardo, for example, capture systematic and persistent forces operating at a point in time. Market prices always tend toward natural prices in a process that Smith described as somewhat similar to gravitational attraction. At the same time, the theory of what determined natural prices varied within the Classical school.

To be continued...

 
Some materials were used from Wikipedia

Aghanemat Aghayev

Tuesday, March 5, 2013


11-cu mövzu. Orta əsrlərdə iqtisadi təlimlər - Fiziokratizm

Fiziokratizm (yunan dilindən tərcümədə “təbiətin hökmranlığı”) aqrar təsərrüfatçılıq fəlsəfəsi olmaqla, bəlkə də iqtisadiyyat haqqında ilk təkmilləşmiş nəzəriyyədir.

Fiziorkatizm bir qrup iqtisadçılar (fiziokratlar) tərəfindən irəli sürülən iqtisadiyyat haqqında nəzəriyyədir. Bu nəzəriyyə tərəfdarları inanırlar ki, xalqların sərvəti təkcə torpaqların inkişaf etdirilməsindən, kənd təsərrüfatından formalaşmışdır. Bu nəzəriyyə Fransada meydana gəlmiş və 18-ci əsrin ikinci yarısında məşhurlaşmışdır.

Fiziokratizm hərəkatına xüsusilə Fransua Kene (1694–1774) və Ann Raber Jak Tyürqo (1727-1781) rəhbərlik etmişdir. Bu, dövrün ilk müasir məktəbi olan klassik iqtisadi nəzəriyyəni dərhal qabaqlamışdır. Fransua Kene Çinin aqrar siyasətini müdafiə edən Konfutsi nəzəriyyələrinin tərəfdarlarından olmuşdur.

Məhsuldar əməyin xalqların sərvətinin mənbəyi olması ideyası Fiziokratizmin iqtisadi nəzəriyyəyə ən bariz töhfəsi olmuşdur. Bu ideya bundan öncəki məktəblərlə, xüsusilə dövlət sərvəti, qızılın yığımı, eləcə də ticarət balansı ideyalarına əsaslanan Merkantilizmlə ziddiyət təşkil edirdi.

Fiziokratizm ideyaları formalaşanda iqtisadiyyatlar bütünlüklə aqrar quruluşa malik idi. Bəlkə də məhz buna görədir ki, bu nəzəriyyə yalnız aqrar əməyi ən dəyərli əmək hesab edir.

Həmin dövrdə cəmiyyətdə başlıca enerji mənbəyi insan əməyi və heyvanların gücündən irəli gəldiyi, həmçinin bu, izafi kənd təsərrüfatı məhsullarından yarandığı üçün fiziokratlar əmtəə və xidmətlərin istehsalına izafi kənd təsərrüfatı məhsulunun istehlakı kimi baxırdılar.

Fiziokratların iqtisadi nəzəriyyələrini və konsepsiyalarını təhlil etdiyimizdə görürük ki, bu iqtisad məktəbi yalnız istehsal proseslərinə fokuslaşmışdır. Onlar belə hesab edirlər ki, istehsalın və nəticə etibarilə rifahın başlıca mənbəyi kənd təsərrüfatıdır. Merkantilistlər kimi bu məktəbin nümayəndələri də iqtisadi subyektlərin davranışı, həmçinin rasional istehsal, yaxud rasional istehlak məsələləri kimi bazis iqtisadi konsepsiyalarla məşğul olmamışlar.

 
Materialda Wikipedianın məlumatlarından istifadə olunmuşdur.

Ağanemət Ağayev

Monday, March 4, 2013


11-th topic. Medieval economic theories - Physiocracy

Physiocracy (from the Greek for "government of nature") is an agrarianist philosophy, perhaps the first well-developed theory of economics.

Physiocracy is an economic theory developed by the group of economists (Physiocrats), who believed that the wealth of nations was derived solely from the value of "land agriculture" or "land development." This theory originated in France and was most popular during the second half of the 18-th century.

Physiocracy movement was particularly dominated by François Quesnay (1694–1774) and Anne-Robert-Jacques Turgot (1727–1781). It immediately preceded the first modern school, classical economics. François Quesnay were avid Confucianists who advocated China's agrarian policies.

The emphasis on productive work as the source of national wealth was the most significant contribution of the Physiocrats. This is in contrast to earlier schools, in particular mercantilism, which often focused on the ruler's wealth, accumulation of gold, or the balance of trade.

Economies were almost entirely agrarian when the Physiocrats were formulating their ideas. That is presumably why the theory considered only agricultural labor to be valuable.

Physiocrats viewed the production of goods and services as consumption of the agricultural surplus, since the main source of power was from human or animal muscle and all energy was derived from the surplus from agricultural production.

Analyzing of Physiocrats’ economic theories and concepts, we see that, this economic school only bases on production processes and they consider that, the main source for production and finally for welfare is agriculture. As mercantilists this school members don’t focus on basic economic concepts, like behaviors of economic subjects and rational production or rational consumption issues.  

 
Some materials were used from Wikipedia

Aghanemat Aghayev

Sunday, March 3, 2013


10-th topic. Medieval economic theories - Mercantilism

Mercantilism (in Italian: merchant) as a main trend of economic policy and economic thinking of Western Europe countries in XV-XVIII centuries was theoretical and practical system which firstly studied economic activity and objective lows. Most following systems of economic policy and theory had been created on the base of criticism of mercantilism.

Main ideas and principles of mercantilism are: precious metals and their saving reflect the essence of wealth; increase of state wealth and state power by the way of saving of gold and silver; regulation of foreign trade for inflow of gold and silver to national economy; cheap imports of raw materials to assist for the development of the industry; the imposition of protectionist tariffs on imported industrial products; promotion of export, in particular, the export of final products; population growth to keep wages low, etc.

Antoine de Montchrestien (1575-1621) believed that wealth is people’s happiness and labor is the wealth. They considered that, wealth is to have money. As individuals, if the government wants to increase the wealth, expense should be less than revenue. They identified that surplus with the saving of money and collection precious metals.

The main line of mercantilist’s works is idea that the main indicator for economic welfare is trade surplus. Mercantilists focused their attention to export of national industrial products and acquisition of colonies and markets.

Mercantilist strengthened mainly two ideas in economic theory: the governments should only focus on national economic interests and saving of wealth is base of economic welfare.  Thus, the medieval western economic schools started to gradually replace the concept of “social-economic welfare” to the concept of “economic welfare”.  The area of “economy” which defined by the most ancient and ancient theoretical schools started to narrow gradually.

Some materials were used from the book of “The history of economic studies” published under  editing by M.Meybullayev

Aghanemat Aghayev