Thursday, March 28, 2013


16-cı mövzu. Marksizm - ardı

Alternativ iqtisadi ideologiya

Marksizmə görə, cəmiyyətin aparıcı qüvvəsi proletariatdır və o, xüsusi mülkiyyəti ləğv edə bilər. Bunun üçün isə proletariatı yeni iqtisadi-fəlsəfi ideyalarla silahlandırmaq lazımdır. Çünki, proletariat üçün yeni bir iqtisadi elmi sistemin yaradılması zəruridir.

Bu ideoloji məktəb xüsusi mülkiyyətin tənqidini özgəninkiləşdirilmə ideyası ilə əlaqədə verərək varlılar və yoxsullar arasında olan əkslikləri xüsusi mülkiyyətin inkişafı nəticəsi kimi göstərir.

Həm Marksın, həm də Engelsin tarixi inkişaf prosesinə dialektik materializm nöqteyi-nəzərindən yanaşması o demək idi ki, kommunizmə zərurət fatalizm, yəni abstrakt təxəyyüllərdən deyil, tarixin konkret inkişafından irəli gəlir.

Marksın iqtisadi təlimi ideologiyanın üzərində qurulmuşdur. Nə də olmasa, bu idoloji xətt bir dünya görüşünə, idraka əsaslandığı üçün iqtisadi sistemi öz arxası ilə apara bilmişdir.

Lakin, bu idologiyanın ən böyük qəbahəti ondadır ki, o, insanın bəzi təbii, təməl haqlarını iqtisadi proseslərdə istisna edirdi. Bu isə həmin ideologiya üzərində qurulmuş iqtisadi sistemin dayanıqlı inkişafına mane oldu. Məsələn, iqtisadi münasibətlərin bazisində duran xüsusi mülkiyyəti və ona əsaslanan sərbəst ticarəti inkar edən bu idoloji iqtisadiyyat özünü əsas hərəkətverici elementdən məhrum etmişdir.

Marksist nəzəriyyə sübut etdi ki, ideologiya hətta zəif və qeyri-ədalətli də olsa iqtisadi sistemi hərəkətə gətirmək gücünə malikdir. Bəlkə də Marksizm məktəbinin iqtisad elminə ən böyük töhfəsi məhz bu olmuşdur.

Ardı var…

 

Materialda M.X.Meybullyevin red. ilə 2002-ci ildə ç.o. “İqtisadi təlimlər tarixi” kitabının məlumatlarından istifadə olunmuşdur.

Ağanemət Ağayev

No comments:

Post a Comment