Monday, April 29, 2013


Human and economy

The Russian philosopher of XIX-XX centuries Nikolai Aleksandrovich Berdyayev’s approach to economy calls high attention.

The philosopher approaches to economy in public relation system as following: “The economy cannot create the new human. Economy is not the target of the life; this is one of the tools of living. The degradation of economy begins, when economy has accepted as a target of the life.”[1]

From this approach we see that, the author looks to economic relations as an upper element of public relation system. The main point is that, he considers economic relations as subsidiary for the last one.

By origin, this is a significant example for approach to economy under the high human values (that we may call as ethics). Thus, the economic relation system, of which economic behaviors - as its basic motive power should define its shape under moral and ethical frame.

From the author’s point of view, otherwise, it will result to degradation of humanity. By other word, the economic behaviors and its entity is aid or barrier for humanity and its actual targets, the third case doesn’t exist.

How as, the French philosopher of XIX-XX centuries Jan Jores wrote about economy: “There is a unity in human: everybody is in unity with his economic environment. Which is it is impossible to distinguish his economic life from his moral life. It is impossible to separate the existence of human to two part – ideal life and economic life.”[2]

Summarizing of these approaches about economy and its relations, we may say that, the economic relations that the humanity participates pursuits his moral (non-economical) relation system. Naturally, these inseparable elements may have healthy synergy only under certain humane norms, frames and ethics. Otherwise, they mutually destroy each other and by this way generally will result to degradation of humanity.

Aghanemat Aghayev



[1] Э. Борохов. Энциклопедия афоризмов. Москва 2003
[2] Same source

Sunday, April 28, 2013


İnsan və iqtisadiyyat

XIX-XX əsrlərdə yaşamış rus filosofu Nikolay Aleksandroviç Berdyayevin iqtisadiyyata yanaşması xüsusilə diqqəti çəkir.

Filosof iqtisadiyyata ictimai münasibətlər sistemində belə yanaşır: “Çətin ki, iqtisadiyyat yeni insan formalaşdıra bilsin. İqtisadiyyat həyatın məqsədi deyil, vasitələri sırasına aiddir. Nə vaxt ki, onu həyatın məqəsdinə çevirirlər, o zaman insaniyyətin tənəzzülü başlayır.”[1]

Bu yanaşmadan görürük ki, müəllif iqtisadi münasibətlər sisteminə insani münasibətlər sisteminin üst elementlərindən biri kimi baxır. Ən əsası da odur ki, iqtisadi münasibətləri sonuncu üçün köməkçi, tamamlayıcı hesab edir.

Əslində, bu iqtisadiyyata daha üstün insani dəyərlər (hansı ki, biz bunu çox ümumi ifadə ilə əxlaq adlandıra bilərik) çərçivəsində yanaşmanın bariz misalıdır. Deməli, iqtisadi münasibətlər sistemi, o cümlədən onun bazis hərəkətverici elementi olan iqtisadi davranışlar öz formasını əxlaqı çərçivədə müəyyən etməlidir.

Müəllifə görə, əks halda bu, insaniyyətin tənəzzülü ilə nəticələnəcəkdir. Başqa sözlə ifadə etsək, iqtisadi davranış və onun mahiyyəti insaniyyət üçün, onun həqiqi məqsədləri üçün ya köməkdir, ya da maneə, üçüncü hal yoxdur.

Necə ki, XIX-XX əsrlərdə yaşamış tanınmış fransız siyasi xadimi Jan Jores iqtisadiyyat haqqında yazırdı: “İnsanda belə bir vəhdət mövcuddur: insan özü ilə iqtisadi mühitinin qarşılıqlı vəhdətindədir. Hansı ki, insanın iqtisadi həyatını onun mənəvi həyatından ayırmaq mümkün deyildir. İnsanın mövcudiyyətini iki hissəsyə - ideal həyata və iqtisadi həyata ayırmaq mümkünsüzdür.”[2]

İqtisadiyyatın, onunla bağlı münasibətlər sisteminin təbiəti barəsində təqdim olunan bu yanaşmaları ümumiləşdirsək, deyə bilərik ki, insanın iştirak etdiyi iqtisadi münasibətlər sistemi onun mənəvi (qeyri-iqtisadi) münasibətlər sistemini daim təqib edir. Təbiətən ayrılmaz olan bu hissələr yalnız və yalnız insani norma və çərçivələr, başqa sözlə əxlaq dairəsində sağlam sinerjiyə malik ola bilərlər. Əks halda onlar bir birlərini puç etməklə, ümumilikdə insaniyyətin tənəzzülü ilə nəticələnəcəklər.

Ağanemət Ağayev



[1] Э. Борохов. Энциклопедия афоризмов. Москва 2003
[2] Həmin mənbədən.

Friday, April 26, 2013


26-th topic. Contribution of institutional concept to economic theory

The institutional concept:

§  Composed the first theoretical school that bases on more fundamental issues of economic relation system;

§  Made chances to understand the nature of economic relations more comprehensively, by studying main motives that moves economic agents; 

§  Directed the attention of this field science to the most important issues by creation of systematic theories about behavior economy;

§  Established more basic approach on concept of “institute” in society, also in economy;

§  Promoted the necessity of transition from the question of “how” to the question of “how changes” in the studying of economic relation system;

§  Transition from the question of “how” to the question of “how changes” in the next stage created necessity for transition to the question of “how must be”;

§  Made chances for understanding more basic issues of economic problems, by studying of nature of economic behaviors more systematically;

§  Challenged for comprehensively investigation of economic system’s anatomy by starting to study the nature of relations between behaviors of economic agents and institutes;

§  Showed th necessity for studying of issues about impacts of institutes to development of society, of which development of economy;

§  Much promoted and simplified improvement issues of economic relations by presenting of institute’s classification by their quality parameters;

§  Created comfortable platform for following theoretical schools in the direction of economic system’s quality changes.
 

Aghanemat Aghayev

Thursday, April 25, 2013


26-cı mövzu. İnstitusional konsepsiyanın iqtisadi nəzəriyyəyə töhfəsi

İnstitusional konsepsiya:

§  İqtisadi münasibətlər sisteminin daha bazis məsələlərinə enən ilk nəzəri məktəbi formalaşdırdi;

§   İqtisadi agentləri hərəkətə gətirən əsas motivləri öyrənməklə iqtisadi münasibətlərin təbiətini daha müfəssəl öyrənməyə imkanlar yaratdı;

§  İqtisadi nəzəriyyədə davranış iqtisadiyyatını aktuallaşdırmaqla elmin bu sahəsinin diqqətini ən mühüm məsələlərə yönəltdi;

§  Cəmiyyətdə, o cümlədən iqtisadiyyatda institut anlayışına daha dərindən yanaşmaının əsasını qoydu;

§  İqtisadi münasibətlər sisteminin öyrənilməsində “necədir” sualından “necə dəyişir” sualına keçidin vacibliyini aktuallaşdırdı;

§  “Necədir” sualından “necə dəyişir” sualına keçid isə sonradan daha böyük suala “necə olmalıdır” sualına keçidə zəmin yaratdı;

§  İqtisadi davranışların təbiətini daha sistemlə şəkildə öyrənməklə iqtisadi problemlərin daha dərin məsələlərinin öyrənilməsinə imkanlar yaratdı;

§  İqtisadi agentlərin davranışları ilə institutlar arasında əlaqənin təbiətini öyrənməyə başlamaqla iqtisadi sistemin anatomiyasını daha müfəssəl tədqiq etməyə çağırış etdi;

§  İnstitutların cəmiyyətin, o cümlədən iqtisadiyyatın inkişafına təsiri məsələlərinin öyrənilməsinin vacibliyini göstərdi;

§  İnstitutların keyfiyyət parametrləri üzrə təsnifatını təqdim etməklə iqtisadi münasibətlərin təkmilləşdirilməsi məsələlərini xeyli aktuallaşdırdı və sadələşdirdi;

§  İqtisadi sistemin keyfiyyətcə dəyişdirilməsi istiqamətində sonrakı nəzəri məktəblərə rahat platforma formalaşdırdı.

 
Ağanemət Ağayev

Tuesday, April 23, 2013


25-ci mövzu. İnstitusional ekonomiks

İnstitusional iqtisadiyyat müxtəlif institutların (məsələn, fərdlərin, firmaların, dövlətlərin, sosial normaların) qarşılıqlı mürəkkəb əlaqəsinin nəticəsi kimi institutları və baxışları geniş əhatədə öyrənir.

İnstitusional iqtisadiyyat iqtisadi nəzəriyyənin ən mühüm istiqamətlərindən biri kimi iqtisadi davranışların formalaşmasında təkamül proseslərinin və institutların rolunun dərk edilməsinə fokuslanmışdır.

Mahiyyət etibarilə, iqtisadiyyata institusional yanaşma bir tərəfdə texnologiyanın, digər tərəfdə isə cəmiyyətin mental sferasının dayandığı Torşteyn Veblenin instinkt yönümlü dixatomiyasına əsaslanır.

XX əsrin sonlarında yeni institusional iqtisadiyyatın mühüm variantı kimi neoklassik ekonomiksin inkişaf məsələləri təhlillərə inteqrasiya olunmuşdur.

İnstitusional iqtisadiyyatın digər bir qolu davranış iqtisadiyyatıdır ki, iqtisadi davranışlara dair sadə fərziyyələrdən çox, psixologiya və koqnitiv elmin bir hissəsi kimi tanınır.

İnstitusional iqtisadiyyat stabil üstünlük, rasionallıq və tarazlıq fərziyyələrindən də çox öyrənməyə, məhdud rasionallığa və təkamülə fokuslanır. Bu, Torşteyn Veblen, Uesli Mitçell və Con R. Kommons kimi müxtəlif iqtisadçıları özündə ehtiva edən XX əsr Amerika ekonomiksinin ana xətti  olmuşdur.

 “Ənənəvi” institusionalizm institutların adi zövqlər, texnologiya və təbiət məsələləri ilə eyniləşdirilməsini inkar edir. Zövqlər, gələcək gözləntilər, vərdişlər və motivasiyalar təkcə institutların təbiətini müəyyən etmir, eyni zamanda onlar institutların təsiri ilə məhdudlanır, habelə formalaşırlar.

Əgər insanlar mütəmadi əsasda institutlarda ömür sürür və işləyirlərsə, bu onların dünya görüşünü formalaşdırır.

Mahiyyət etibarilə, bu ənənəvi institusionalizm institutların yaranmasını və sonradan dəyişməsini təmin edən təkamül yönlü, daimi və iradi proseslərin, həmçinin iqtisadiyyatın qanuni əsaslarını öyrənir.

 
Wikipedia-nın bəzi materiallarından istifadə olunmuşdur.

Ağanemət Ağayev

Monday, April 22, 2013


25-th topic. Institutional economics

Institutional economics emphasizes a broader study of institutions and views as a result of the complex interaction of these various institutions (e.g. individuals, firms, states, social norms).

Institutional economics as one of the most important directions of economic theory focuses on understanding the role of the evolutionary process and the role of institutions in shaping economic behavior.

Originally institutional approach to economics bases on Thorstein Veblen's instinct-oriented dichotomy between technology on the one side and the "ceremonial" sphere of society on the other.

A significant variant is the new institutional economics from the later 20th century, which integrates later developments of neoclassical economics into the analysis.

Behavioral economics is another hallmark of institutional economics based on what is known about psychology and cognitive science, rather than simple assumptions of economic behavior.

Institutional economics focuses on learning, bounded rationality, and evolution (rather than assume stable preferences, rationality and equilibrium). It was a central part of American economics in the first part of the 20th century, including such famous but diverse economists as Thorstein Veblen, Wesley Mitchell, and John R. Commons.

"Traditional" institutionalism rejects the reduction of institutions to simply tastes, technology, and nature. Tastes, along with expectations of the future, habits, and motivations, not only determine the nature of institutions but are limited and shaped by them.

If people live and work in institutions on a regular basis, it shapes their world-views.

Fundamentally, this traditional institutionalism emphasizes the legal foundations of an economy and the evolutionary, habituated and volitional processes by which institutions are erected and then changed.

 
Some materials is from Wikipedia

Aghanemat Aghayev

Sunday, April 21, 2013


24-cü mövzu. Monetarizm

Pul təklifinin dəyişməsi qısamüddətli dövrdə milli istehsala və qiymətlərin səviyyəsinə əhəmiyyətli təsir edir, beləliklə də pul təklifinin artım dərəcəsinin hədəflənməsi monetar siyasətin başlıca vəzifələrinə cavab verir. Bu, monetarist iqtisadi nəzəriyyənin başlıca konsepsiyasını təşkil edir. Beləliklə, iqtisadi nəzəriyyə məktəblərindən biri olan monetarizm dövriyyədə olan pul kütləsinin həcminə nəzarəti dövlətin rolu kimi önə çəkir.

Bu məktəb Keyns iqtisadi nəzəriyyəsini qəbul edən, eyni zamanda bu cərəyanı öz şərtləri çərçivəsində tənqid edən Milton Fridmanın bilavasitə adı ilə bağlıdır.

“İnflyasiya həmişə və hər yerdə monetar fenomendir”. Bu, “Birləşmiş Ştatların monetar tarixi, 1867-1960” adlı kitablarında Fridman və Anna Şvarts tərəfindən irəli sürülən başlıca arqumentdir.

Milton Fridman tərəfindən formalaşdırılan monetarizm pul təklifinin makroqitisadi təsirləri, həmçinin mərkəzi bankçılıqla bağlı problemlərə fokuslanan iqtisadi nəzəriyyədir. Bu konsepsiya başlıca olaraq qeyd edir ki:

§  pul kütləsinin izafi ekspansiyası mahiyyət etibarilə inflyasiya yaradandır;

§  monetar institutlar müstəsna şəkildə qiymətlərin sabitliyinə nail olmağa fokuslanmalıdırlar.

Keynsdən fərqli olraq Fridman qiymətlərin sabitliyinə fokuslanmışdır, hansı ki, bu, pul təklifi və tələbi arasında tarazlıq halıdır.

Fridman ilk dəfə olaraq “k-faiz qaydası” adlanan təsbit olunmuş monetar qaydanı təklif etmişdir. Burada inflyasiyanın xüsusi və ya aralıq səviyyəsinin hədəflənməsi yolu ilə pul təklifinin həcmi məlum makroqitisadi və maliyyə amilləri vasitəsilə müəyyən olunur.

Menetarizmə ümumilikdə yanaşsaq, bu məktəb dövlət, yaxud mərkəzi bank tərəfindən həyata keçirilən pul siyasəti (monetar siyasət) vasitəsilə makroqitisadi sabitliyin və artımın tənzimlənməsinin daha səmərəli yolunu müəyyən etmişdir. Bu bir daha göstərir ki, XX əsrin iqtisad məktəblərindən biri kimi monetarizmin başlıca konsepsiyaları iqtisadi fəlsəfənin yalnız üstqurum problemlərinə fokuslanmışdır.

 
Wikipedia-nın bəzi materiallarından istifadə olunmuşdur.

Ağanemət Ağayev

Thursday, April 18, 2013


24-th topic. Monetarism

Variation in the money supply has major influences on national output in the short run and the price level over longer periods and that objectives of monetary policy are best met by targeting the growth rate of the money supply. This is the major concept of monetary economics. Thus, the monetarism as one of the schools of economics emphasizes the role of governments by controlling the amount of money in circulation.

This school is mainly associated with Milton Friedman, who was among the generation of economists to accept Keynesian economics, also criticize it on its own terms.

"Inflation is always and everywhere a monetary phenomenon". This is the main argument by Friedman and Anna Schwartz from their book of “A Monetary History of the United States, 1867-1960”.

Formulated by Milton Friedman, Monetarism is an economic theory which focuses on the macroeconomic effects of the supply of money and central banking. This concept mainly says that:

§  excessive expansion of the money supply is inherently inflationary;

§  monetary authorities should focus solely on maintaining price stability.

Contrary to Keynes Friedman focused on price stability, which is the equilibrium between supply and demand for money.

Friedman originally proposed a fixed monetary rule, called Friedman's k-percent rule, where the money supply would be calculated by known macroeconomic and financial factors, targeting a specific level or range of inflation.

Generally approaching to Monetarism, this school had found more efficient ways to regulate the macroeconomic stability and growth through monetary policy by government or central bank. Again, it shows that, as one of XX century economic schools the main concepts had only focused on superstructure of economic philosophy.

 
Some materials is from Wikipedia

Aghanemat Aghayev

Wednesday, April 17, 2013


23-th topic. Keynesianism - extension

The Keynesian approach that significantly contributed to economic theory:

§  Firstly had argued on the more conceptual platform;

§  By the way of arguing the need of economy for regulation in the macro and micro levels he showed that, the economic system is oriented to recession because of irrationality of behaviors;

§  Showed that, to achieve sustainable economic growth and development the economic system needs for impulses, and from this point of view the processes should be taken under the control.

§  Showed that, the most rational regulation mechanisms belongs to government and government should direct the recession trends of the economic system to stability and development trends, using these two main policy components – fiscal and monetary regulations;

§  Showed that, the behaviors of the business sector effects to general equilibrium issues in the macro and micro levels;

§  Argued the necessity of correcting the behaviors of business sector by the government in the goods and services’ market and financial market, of which money market.

Generally, Keynesiansm had presented the regulation “prescription” that by using this the management of economy in the period of recessions is possible. However, this approach is similar with “treatment” of disease in the “embryo” of econmic system in the late level.

Bu origin, current ecenomic systems mainly needs for prudential “prescriptions” against recession.

That is, to be naturally oriented to stability and development, instead of recession current economic systems should be armed with the etics of rational behaviors.

Aghanemat Aghayev

23-cü mövzu. Keynsçilik - ardı

İqtisadi nəzəriyyəyə əhəmiyyətli töhfə verən Keyns yanaşması:

§  iqtisadiyyatın makro və mikro səviyyədə tənzimlənməsi ehtiyacının olduğunu ilk dəfə olaraq daha konseptual platformada sübut etdi;

§  dolayısı ilə iqtisadiyyatın makro və mikro səviyyədə tənzimlənməsi ehtiyacını vacib məsələ kimi irəli sürməklə onu göstərdi ki, iqtisadi sistem özlüyündə davranışların qeyri rasionallığı səbəbindən resessiyaya meyillidir;

§  göstərdi ki, resessiyayalar zamanı iqtisadiyyatın dayanıqlı artıma və nəticədə inkişafa meyilli olması üçün iqtisadi sistemə impulslar verilməli, bu baxımdan proseslər nəzarətda saxlanılmalıdır;

§  göstərdi ki, ən rasional tənzimləmə mexanizmləri dövlətin əlindədir və iki böyük siyasət istiqaməti ilə, yəni fiskal və monetar tənzimləmə yolu ilə dövlət iqtisadi sistemin resessiya meyillərini sabitlik və inkişaf meyillərinə istiqamətləndirməlidir;

§  göstərdi ki, biznes sektorunun davranışı makro və mikro səviyyədə ümumi tarazlıq məsələlərinə təsir göstərir;

§  istər əmtəə və xidmətlər bazarında, istər maliyyə, o cümlədən pul bazarında biznes sektorunun davranışlarının və onların nəticələrinin dövlət tərəfindən korrektə olunmasının zəruriliyini əsaslandırdı.

Ümumilikdə, Keynsçilik iqtisadi sistemə elə bir tənzimləmə resepti təqdim etdi ki, bunun vasitəsilə iqtisadiyyatı resessiyalar zamanı idarə etmək mümkündür. Lakin, bu, iqtisadi sistemin “rüşeymi”ndə olan xəstəliyin özünü göstərəndən sonrakı fazada müalicəsi kimidir.

Əslində isə müasir iqtisadi sistemin və ya sistemlərin resessiyalara qarşı profilaktik reseptlərə daha böyük ehtiyacı vardır.

Yəni, müasir iqtisadi sistemlər elə bir rasional davranış etikası ilə silahlanmalıdılar ki, təbiətən resessiya meyilli deyil, sabitlik və inkişaf meyilli olsunlar.

Ağanemət Ağayev

Tuesday, April 16, 2013


22-ci mövzu. Keynsçilik

Qısamüddətli dövrdə, xüsusilə də resessiya zamanı iqtisadiyatın ümumi buraxılışı, o cümlədən iqtisadi artım məcmu tələbdən əhəmiyyətli dərəcədə asılıdır. İqtisadiyyatda ümumi xərclər məcmu tələbin artmasına təsir göstərir, hansı ki, bu, iqtsadiyyatın dövlət tərəfindən tənzimlənməsi məsələlərini aktuallaşdırır. Bu da öz növbəsində hər bir iqtisadi system üçün çox mühümdür. Bu qeyd olunanlar Keyns iqtisadiyyatının, yaxud Keynsçiliyin əsas konsepsiyasını ifadə edir.

Keyns iqtisadiyyatının əsasını formalaşdıran bu nəzəriyyələr ilk olaraq Britaniyalı iqtisadçı Con Meynard Keyns tərəfindən 1936-cı ildə - Böyük Tənəzzül dövründə  nəşr olunan “Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi” adlı kitabında  təqdim olunmuşdur.

Keynsin baxışlarına görə:

§  məcmu tələb heç də həmişə iqtisadiyyatın istehsal imkanlarına adekvat deyildir;

§  bu, müxtəlif amillərdən asılı olaraq qeyri-ahəngdar tərzdə dəyişməklə, istehsala, məşğulluğa və inflyasiyya təsir göstərir.

Keyns göstərir ki, bəzən özəl sektorun iqtisadi qərarları səmərəsiz makroqitisadi nəticələrə gətirib çıxarır. Bu isə dövlət (ictimai sektor) tərəfindən, xüsusilə də hökumətin fiskal siyasəti, habelə mərkəzi bankın monetar siyasəti vasitəsilə ümumi buraxılışın, o cümlədən iqtisadi artımın tənzimlənməsini zəruri edir.

Keynsçilik qarışıq iqtisadi sistemi - dövlət müdaxiləsinin tənzimləyici rolu ilə müşayiət olunan özəl sectorun dominantlığını müdafiə edir. Bu konsepsiya xüsusilə resessiya dövründə çox əhəmiyyətlidir və inkişaf etmiş ölkələrdə aşağıdakı dönəmlərdə standart iqtisadi model kimi tətbiq olunmuşdur:

§  Böyük Tənəzzülün son fazalarında;

§  II Dünya Müharibəsi dövründə;

§  Müharibə sonrası iqtisadi böyümə islahatlarında (1945–1973).

Onu da qeyd etmək lazımdır ki, 2008-ci il son qlobal maliyyə böhranı dövründə də Keyns təfəkkürü bir daha öz təsdiqini tapdı.

Wikipedia-nın bəzi materiallarından istifadə olunmuşdur.

Ağanemət Ağayev

Sunday, April 14, 2013


22-th topic. Keynesianism

Economic output in the short run, especially during recessions, is strongly influenced by aggregate demand. Total spending in the economy leads to increase in aggregate demand and this is regulation of economy by government, that very important for every economic system. These are main concepts of Keynesian economics or Keynesianism.

The theories forming the basis of Keynesian economics were first presented by the British economist John Maynard Keynes in his book, “The General Theory of Employment, Interest and Money”, published in 1936 - during the Great Depression.

In the Keynesian view:

§  aggregate demand does not necessarily equal the productive capacity of the economy;

§  it is influenced by a host of factors and sometimes behaves erratically, affecting production, employment and inflation.

Keynes argues that private sector decisions sometimes lead to inefficient macroeconomic outcomes. This require active policy responses by the government (public sector), particularly, fiscal policy actions by the government and monetary policy actions by the central bank, in order to stabilize output over the business cycle.

Keynesian economics advocates a mixed economy – predominantly private sector, but with a role for government intervention. This concept is very important especially during recessions – and in the developed nations served as the standard economic model during:

§  the later part of the Great Depression;

§  World War II;

§  post-war economic expansion (1945–1973).

The last global financial crisis in 2008 has evidenced the Keynesian thought.

Some materials is from Wikipedia

Aghanemat Aghayev

Thursday, April 11, 2013


21-th topic. Austrian school - marginalism

The main content of representatives of Austrian school and their follower’s research includes:

§  Individual’s psychology has presented in the base of public relations;

§  Economic decisions, behaviors of subjects to provide needs under the condition of limited resources have studied as a main research object.

Austrian school considers that:

§  Stimulating motives and priorities of consumer’s behavior should be studied to understand the nature of behaviors;

§  For that, it is important to estimate the value of water, bread, clothes, moral assests from the consumers’s point of view;

§  By this way, it is possible to define the consumer’s behavior in the market.

There is a theory of “marginal utility” in the base of Austrian school. By this theory, the utility depends on two factors:

1.    Intensity of demand (needs)

The eutility is higher, when the need is higher.

2.    Rarity of the product

The eutility is higher, when the rarity of product is higher.

The utility issues are true from the nature of current economic behaviors’ point of view. However, this concept from the aspects of perfect economic behaviors loses its essence. Because, the utility of that product should not be defined by the rarity of the product.

Thus, for the individual with the perfect economic behavior the exchange value of of even rear product may be close to zero. Perhaps, that product is in the last position of his need’s list.
 

Some materials were used from the book of “The history of economic studies” published under  editing by M.Meybullayev

Aghanemat Aghayev

Wednesday, April 10, 2013


21-ci mövzu. Avstriya məktəbi - marjinalizm

Avstriya məktəbi nümayəndələrinin və onların davamçılarının tədqiqatlarının əsas məzmunu aşağıdakılardan ibarətdir:

§  fərdin psixologiyası ictimai münasibətlərin əsasında təqdim olunur;

§  məhdud resurslar şəraitində subyektin öz mövcud tələbatlarını ödəmək üçün iqtisadi qərarları, davranışı əsas tədqiqat obyekti kimi öyrənilir.

Avstriya məktəbi belə hesab edir ki:

§  istehlakçının davranışını başa düşmək üçün onun həvəsləndirici motivlərinin necə əmələ gəldiyi və növbələşdiyi tədqiq olunmalıdır;

§  bunun üçün isə suyun, çörəyin, paltarın, mənəvi sərvətin dəyərini istehlakçının mövqeyindən qiymətləndirmək lazımdır.

§  bu yolla onun bazarda necə davranacağını müəyyən etmək olar.

Avstriya məktəbinin təliminin əsasında "faydalıq həddi" nəzəriyyəsi dayanır. Bu nəzəriyyəyə görə faydalıq özü də iki amildən asılıdır:

1.    Tələbatın intensivliyi

Məhsula tələb nə qədər yüksəkdirsə, faydalılığı bir o qədər yüksəkdir.

2.    Məhsulun nadirliyi

Məhsula nə qədər nadirdirsə, faydalığı bir o qədər yuxarıdır.

Faydalılıq məsələsi mövcud iqtisadi davranışların təbiəti baxımından doğrudur. Lakin, kamil iqtisadi davranış aspektindən bu, öz mahiyyətini itirir. Çünki, məhsulun nadirliyi, onun faydalılığını müəyyən etməməlidir.

Belə ki, kamil (hətta mütləq anlamda olmasa da) iqtisadi davranışa malik fərd üçün hətta ən nadir məhsulun (məsələn brilyantın) mübadilə dəyəri sıfra yaxın ola bilər. Bəlkə də həmin məhsul onun tələbat oblastında sonuncu yerdədir.

 
Materialda M.X.Meybullyevin red. ilə 2002-ci ildə ç.o. “İqtisadi təlimlər tarixi” kitabının məlumatlarından istifadə olunmuşdur.

Ağanemət Ağayev