BMT Baş Məclisinin ikinci Dünya Məmnunluq Hesabatında bir neçə məmnunluq meyarları əsasında ölkələrin dərcələri müəyyənləşdirilir və ona təsir edən amillər təhlil olunur.
Məmnunluğun ölçüləri
Bir neçə il öncə Butanlı tədqiqatçılar “ümumi
daxili məhsul” (ÜDM) kimi göstəricilərin əksinə olaraq “ümumi milli
məmnunluq” səviyyəsini ölçməyə başladılar. Belə hesab olunurdu ki, təkcə ÜDM kimi sadə göstəricilər insanların real məmnunluğunu əks etdirmir.
Son illərin araşdırmalarına
görə, baxmayaraq ki, orta hesabla götürəndə varlı insanlar
kasıblara nisbətən daha məmnundurlar, ölkələrdə ÜDM-in artımı birmənalı şəkildə məmnunluq səviyyəsini yüksəltmir. Məsələn, 1960-cı ildən bəri ABŞ-ın ÜDM göstəricisi 3 dəfə yüksəlsə də ictimai məmnunluq göstəricisi dəyişməmişdir.
Yeni yanaşmada dünya üzrə məmnunluq səviyyələrini müəyyənləşdirməkdən ötrü tədqiqatçılar 2005-ci
ildən bəri məmnunluq üzrə statistik göstəriciləri təhlil etmişlər. Bu statistik göstəricilərin əksər hissəsi 150-dən çox ölkənin sorğulandığı Ümumdünya
İctimai Rəy Hesabatından götürülmüşdür.
Ölkələr üzrə məmnunluq səviyyəsində müşahidə olunan fərqlərin ¾-ündən çoxu 6 əsas meyarda özünü
göstərmişdir:
ü hər nəfərə düşən real ÜDM;
ü sağlam həyat gözləntiləri;
ü həyati seçimlərə imkan verən müstəqillik səviyyəsi;
ü korrupsiyadan uzaqlıq və alicənablıq müstəqilliyi.

No comments:
Post a Comment