J.Hall və R.Jones (1999) beynəlxaq göstəricilər əsasında
hesablamışlar ki, orta hesabla təhsilin
qazanc verimi məktəb illərinin
birinci 4 ili üçün (1-ci - 4-cü siniflər) 13.4%, növbəti 4 il üçün
(5-ci – 8-ci siniflər) 10.1%, sonrakı illər üçün isə 6.8% təşkil edir.
Beləliklə, hər hansı kəs 12 illik təhsil müddətindən sonra
ümumiyyətlə təhsil görməyən kəsdən təqribən 3.161 dəfə (1.1344 × 1.1014 × 1.0684 = 3.161) artıq
qazanmaq gözləntisinə malikdir.
İnsan kapitalının gəlirlərə təsiri daha dəqiq
ölçülmüşdür: inkişaf etmiş ölkələrdə əmək haqqı ödənişlərinin 65%-i
insan kapitalına, yalnız 35%-i xam işçi qüvvəsinə gedir.
İnkişaf etmiş ölkələrdə yaxşı təhsil almış
işçilərin məhsuldarlığı
yüksək ÜDM səviyyəsinin və nəticə də də yüksək gəlirliliyin
başlıca amillərindən biridir.
ÜDM ilə təhsil
arasında sıx əlaqəni dünya ölkələrinin
timsalında aydın görmək mümkündür.
Wikipedianın materiallarından
No comments:
Post a Comment