Thursday, September 4, 2014

Qurani-Kərimdə İslam iqtisadiyyatı (8)

İsrafçı istehlaka İslamın baxışı

Allah müqəddəs Quranda buyurur:
“Qohum-əqrəbaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə! Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!”
(İsra: 26 – 27)

“Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!”
(İsra: 29)

“Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar.”
(Furqan: 67)

No comments:

Post a Comment