Monday, September 8, 2014

Qurani-Kərimdə İslam iqtisadiyyatı (9)

Xəsisliyə və sərvət yığımına İslamın baxışı
Allah müqəddəs Quranda buyurur:
“Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!”
(Ali İmran: 180)

…“Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!. O kəslər ki, özləri xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir və Allahın öz lütfündən bəxş etdiyi nemətləri gizlədirlər (mütləq cəzalarına çatacaqlar). Biz (belə) kafirlər üçün alçaldıcı əzab hazırlamışıq!”
(Nisa: 36-37).
Zəkat vermək
Allah müqəddəs Quranda buyurur:
“Namaz qılın, zəkat verin.”
(Muzzəmmil: 20).
“(Müsəlmanların namazı kimi) namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!”
(Bəqərə: 43).


No comments:

Post a Comment