Sunday, November 2, 2014

Rasional davranış qaydası (12)

Müqəddəs Quranda və Hədislərdə insanlar müxtəlif kateqoriyalara bölünməklə onlara qarşı necə davranmaq məsələləri ayrı-ayrılıqda müəyyən edilir.

Valideynlər və yaşlılar
Müqəddəs Quran buyurur:
"Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! … “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de."
(Müqəddəs Quran: 17:23-24).
Müqəddəs Quran buyurur:
"...Qohum-əqrəbaya yaxşılıq edin..."
(Müqəddəs Quran: 4:36)

Mənbə: www.muslim.org

No comments:

Post a Comment