Thursday, December 17, 2015

İslamda iqtisadi sistem (34)

Ardı
Müəllif İslam iqtisadi sistemi barədə belə davam edir:
Əməkçilər öz əməklərinin sahibləridir.
Məsələn, mədənlər kapitalistlərə deyil, əməkçilərə məxsus olmalıdır.
Təbii ehtiyatlar hən hansı fərdin mülkiyyətində olmamalıdır.
Xammal sahibi isə, qaydaların ikinci hissəsinə əsasən, onun istehsalından sonra sahibi hesab olunur.
Bu, mülkiyyətin davamlılığı fenomenidir.
Bu məqam İslam iqtisadi sistemini Kapitalizm və Sosializmdən fərqləndirmək baxımından çox önəmlidir.
Sonda müəllif yekun məqamları qeyd edir:
İslam iqtisadi sistemi bütün yaşam üçün bütöv qaydalar toplusunun bir hissəsidir.
Müəllif qeyd edir ki, sözügedən yanaşmanı daim düşünərək bu, incələnməli və təhlil olunmalıdır.
Vəhdət halında olduqları üçün İslam iqtisadi sistemini İslamın digər bölmələrindən təcrid etmək mümkün deyildir.

Əbdül Hüseyn Məhəmmədin tədqiqat işindən istifadə olunmuşdur

No comments:

Post a Comment