Monday, December 21, 2015

İslamda iqtisadi sistem (35)

Ardı
Müəllif yekun məqamlar barədəsində davam edir:
Məsələn, zəkata özünün iqtisadi dəyər olması və vacibliyti ilə yanaşı ruhi təmizləyən amil kimi baxılır.
Bu, Müsəlmanların öz həyatlarında nümayiş etdirdikləri ruhi münasibət və mənəvi qayğıdır.
İslam sosializmin irəli sürdüyü kimi istehsal proseslərinin təbiətinin dəyişdirilməsinin nəticəsi olaraq istehsal münasibətlərində radikal dəyişikliklərə inanmır.
İslam istehsalı deyil, insanı başlanğıc hesab edir.
İnsanın ehtiyacları iki növdür: təməl ehtiyaclar və zamanla dəyişən digər ehtiyaclar.
Birinci növ ehtiyacların ödənilməsi üçün sabit standartlar təmin olunmalıdır.
Həmçinin istehsal vasitələrinin inkişafını uyğunlaşdıran standartların dəyişimi mövcud olmalıdır.
İslam digər prinsiplərin sahib olmadığı çox önəmli üstünlüklərə malikdir.
İslam insanı Allaha bağlayır.
Bu, onu Allahın razılığı, mükafatı və eləcə də cəzası barədə düşünməyə dəvət edir.
İslam bəşəri vicdanın dərinliklərindən başlayır və hamı üçün xoşbəxt həyat təmin etmək səyləri ilə davam edir.

Əbdül Hüseyn Məhəmmədin tədqiqat işindən istifadə olunmuşdur

No comments:

Post a Comment