Tuesday, February 16, 2016

İslam iqtisadi sistemi: prinsiplərdən mikroqitisadi və makroiqtisadi sahələrə baxış (17)

e. Ədalət prinsipi
Müəlliflər qeyd edir:
İslamın ədalət prinsipi insan fəaliyyətinin bütün -
ü hüquqi;
ü sosial;
ü siyasi;
ü yaxud iqtisadi
sferalarını əhatə edir.
İslam iqtisadi sistemi faktiki olaraq iqtisadiyyatın:
o   istehsal;
o   bölgü;
o   istehlak;
o   və mübadilə
kimi bütün bazis aspektlərini idarə edən ədalət prinsipi üzərində bərqərar olmuşdur. 
İstehsal sferasında İslamın ədalət prinsipi heç kəsin başqası tərəfindən istismar olunmamasını və heç kəsin ədalətsiz, haqsız, qanunsuz və saxta vasitələrlə sərvət qazanmamasını ehtiva edir.

Əbdül Qafar İsmailin və Norazia Çi Ərşadın tədqiqat işindən

No comments:

Post a Comment