Thursday, April 28, 2016

İslam iqtisadi sistemi: prinsiplərdən mikroqitisadi və makroiqtisadi sahələrə baxış (40)

Ardı
Nəticə etibarilə:
-      maliyyə və inkişafla bağlı bu baxış İslam banklarının iqtisadi performansın maliyyələşdirilməsinə faydalı təsirlərini önə çəkir.
Ənənəvi maliyyə sistemində faiz məbləği maliyyə fordları üzrə öncədən müəyyən olunmuş borc dövrü ərzində əsas məbləğin üzərinə əlavə olunmuş razılaşdırılmış xərci ifadə edir.
Ənənəvi maliyyə sisteminin əksinə olaraq, İslam bankçılığının əsas əhkamı ribanın qadağan olunmasından ibarətdir.
“Əlavə”nin hərfi mənası borclar, yaxud satışlar vasitəsilə kapitalın haqsız artımı kimi izah olunur.
İslam alimləri arasında ümumi konsensus ondan ibarətdir ki:
-      riba təkcə sələmi deyil, həmçinin investisiyanın vəziyyətindən asılı olmayaraq istənilən formada geri götürülən əlavə, təsbit olunmuş, öncədən razılaşdırılmış faiz yükünü ehtiva edir.
(İqbal və Tsubota, 2006; İqbal və Miraxor, 2006; İqbal və Lleuellin, 2000).


Əbdül Qafar İsmailin və Norazia Çi Ərşadın tədqiqat işindən

No comments:

Post a Comment