Monday, February 27, 2017

Avropada İslam maliyyəsi (36)

Ardı
1.4 ƏSAS MALİYYƏ ALƏTLƏRİ
İslam maliyyə industriyasında geniş çeşiddə maliyyə alətləri mövcuddur.
Bu maliyyə alətləri Şəriətə uyğundur.
Həmin maliyyə alətlərinin xüsusiliyi ondan irəli gəlir ki:
-      onların aid olduqları müqavilələr İslamın ənənəvi fiqhi doktrinaları tərəfindən qəbul olunur;
-      həmçinin, onlar ənənəvi maliyyə sövdələşmələrinə uyğundurlar.
Beləliklə, onlar Şəriətin əhkamları ilə uyğunluq təşkil edirlər.  
Bu maliyyə alətləri əsasən iki növə ayrılır:
-      mənfəətin və zərərin bölüşdürülməsi alətləri və qeydli müqavilələr;
-      həmçinin “sukuk” kimi tanınan, istiqrazlara oxşar maliyyə sertifikatları.

Avropa Mərkəzi Bankının tədqiqat işindən

(Müəlliflər: F.Mauro, P.Caristi, S.Couderc, A.D.Maria, L.Ho, B.K.Grewal, S.Masciantonio, S. Ongena and S.Zaher)

No comments:

Post a Comment