Sunday, April 2, 2017

Avropada İslam maliyyəsi (45)

Ardı
Gəlir və xərc bölgüsü müqaviləsinin icarə (lizinq) kimi digər bir ümumi formasında:
-      tərəf qiymətlini alır;
-      və onu başqa tərəfə icarəyə verir.
Adətən burada birinci tərəf kimi bank, ikinci tərəf kimi isə müştəri çıxış edir.
İslam hüququna görə, lizinq müəyyən bir məbləğ ödənişi qarşılığında qiymətlinin istifadəsi hüququnun satılmasının ekvivalentidir.
Həmin ödəniş məbləği müqavilənin imzalanması zamanı və qiymətlinin istifadəsi istiqaməti üzrə təsbit olunur.
Beləliklə, bankın bundan əldə edəcəyi qacanc lizinq aktivinin istifadəsindən əldə olunan nəticədən asılı olur.
Bu zaman satıcı və alıcı arasında qeydli (şərtli) razılaşma mövcud olmalıdır.
Müqavilənin obyekti:
-      real istifadə olunan olmalı
-      və istifadəçi bundan mənfəət əldə etmək imkanına malik olmalıdır.
Avropa Mərkəzi Bankının tədqiqat işindən

(Müəlliflər: F.Mauro, P.Caristi, S.Couderc, A.D.Maria, L.Ho, B.K.Grewal, S.Masciantonio, S. Ongena and S.Zaher)

No comments:

Post a Comment